İlham Əliyev istirahət
gününü paytaxt sakinləri ilə keçirdi
Prezident gənclərlə
birgə “Ulduzlar Finalı”nı izlədi
Bakının UEFA Avropa
Liqasının 2018-2019-cu il mövsümünün final
matçına ev sahibliyi etməsi ilə əlaqədar
ölkəmizdə təşkil olunan silsilə tədbirlər
çərçivəsində martın 3-də paytaxtın
mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı
2019: Ulduzlar Finalı” adlı qarşılaşma
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
"Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar.
Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Vəli Qasımov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, azarkeşlər arasında keçirilmiş müsabiqə əsasında seçilən Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və Avropa Liqasının finalına həsr olunmuş "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da meydana çıxıblar.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra oyun başladı.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.
Sonra Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşdü, xatirə şəkilləri çəkdirdi.
***
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda dekabrın 22-dən yanvarın 7-dək "UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib. Fevralın 28-də isə UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına başlanılıb. Bilet satışının bu mərhələsində həlledici görüş üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılıb.
Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olacaq kubok mayın 16-da rəsmi qaydada Bakıya gətiriləcək.
UEFA Avropa Liqasının final
matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə
bağlı qərar son illər sürətlə
inkişaf edən Azərbaycan
idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət idman
siyasətinin Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla
davam və inkişaf
etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada
idman ölkəsi kimi
tanınır. Azərbaycanın son
illərdə bir neçə mötəbər
beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi
oyunlarına, Formula 1 yarışına,
42-ci Ümumdünya Şahmat
Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın
idman dövləti olduğunu
bir daha bütün dünyaya
nümayiş etdirdi.
Təsadüfi deyil ki,
bu gün ən
mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu
tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa
Liqasının final oyunu
ilə yanaşı, 2020-ci ildə futbol
üzrə dünya
çempionatının qrup mərhələsinin
üç, dörddəbir final mərhələsinin bir
oyununun, bu il iyunun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi
barədə qərarlar bunun göstəricisidir.
İdmançılarımızın olimpiada,
dünya və Avropa, eyni zamanda, digər beynəlxalq
idman tədbirlərində
qazandıqları medalların sayının ilbəil
artması dövlət səviyyəsində idman
sahəsinə göstərilən diqqətin nəticəsidir.
Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün
bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq
dövrünü
yaşadığını nümayiş
etdirir.
Azərbaycan.-
2019.- 5 mart.- S.1-2.