Səməd Seyidov: “AŞPA ölkələrində
problemlərin araşdırılması və həllində
hər hansı üzvün hədəf seçilməsi qəbulolunmazdır”
Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsas mehvərdir. Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyirlər. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində çirkli pulların yuyulmasına dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb.
Bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd SeyidovAZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb. "AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir”, - deyə S.Seyidov diqqətə çatdırıb.
Nümayəndə heyətimizin
rəhbəri vurğulayıb ki, AŞPA-nın əsas
problemlərindən biri daxilində ikili standartları müəyyən
edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir:
"Bu gün ölkəmizə qarşı bu qərəzli
məruzənin gündəlikdən
çıxarılmasının həm qlobal problemlərin həllinə,
həm də AŞPA–nın ikili standartlardan can qurtarmasına
yardımçı olacağına ümid edirəm”.
Azərbaycan.-
2019.- 5 mart.- S.3.