AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva
Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü)
seçilib
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz
Paşayeva fevralın 27-də Rusiya Təhsil
Akademiyasının (RTA) üzvlərinin ümumi
yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru,
akademik V.Sadovniçinin təqdimatına əsasən
yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib.
http://rusacademedu.ru/news/v-rossijskoj-akademii-obrazovaniya-proshlo-obshhee-sobranie-chlenov-rao/
AZƏRTACxəbər verir ki, Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedur əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.
Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, Akademiyanın üzvləri, RF Prezidenti Administrasiyasının, RF Hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyyumlar Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər.
Yığıncaqda "Təhsil” və "Elm” milli layihələrinin həyata keçirilməsində Rusiya Təhsil Akademiyasının iştirakı, habelə RTA-nın inkişafına dair perspektiv planlar və ən yaxın genişmiqyaslı layihələr müzakirə edilib.
Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.
Professor Nərgiz
Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ
Respublikası və İsveçrə Konfederasiyasının
vətəndaşı) və Fransisko Pons (İspaniya
Krallığı və İsveçrə
Konfederasiyasının vətəndaşı) da RTA-nın
xarici üzvləri seçiliblər.
Azərbaycan.-
2019.- 5 mart.- S.5.