143 ölkədən
191,6 min turist
Bu, yalnız yanvar
ayının statistikasıdır
Dövlət Sərhəd Xidmətinin
məlumatına görə, yanvar ayında Azərbaycana
dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci
ilin eyni ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi
və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi
Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5
faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi
Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları,
0,1 faizi vətəndaşlığı olmayan şəxslər
olmuşdur.
Dövlət Statistika Komitəsinin bu
barədə yaydığı məlumatda daha sonra bildirilir
ki, ölkəmizə yanvar ayında gələnlərin
sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2
dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə),
Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya
(15,2 faiz) vətəndaşları arasında qeydə
alınmışdır. Körfəz ölkələrindən
gələnlərin sayı isə əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min
nəfər olmuşdur. Əvəzində ilin ilk ayında Avropa
İttifaqına üzv ölkələrdən gələnlərin
sayı 0,9 faiz artaraq 5,8 min nəfərə
çatmışdır. Amma bu artım MDB ölkələrindən
gələnlərin sayında müşahidə edilməmişdir.
Keçmiş ittifaq respublikalarından Azərbaycana səfər
edənlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər
olmuşdur.
Xarici ölkələrə gedən
Azərbaycan vətəndaşlarına gəldikdə, yanvarda
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
onların sayı 19,3 faiz artaraq 357,1 min nəfərə
çatmışdır. Vətəndaşlarımızın
35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiya
Federasiyasına, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya,
1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə,
3,6 faizi digər ölkələrə səfər
etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının
sayı 75,2, Rusiya Federasiyasına gedənlərin sayı 6,5,
Gürcüstana səfər edənlərin sayı 2,5 faiz
artmış, Türkiyəyə üz tutanların sayı isə
2,6 faiz azalmışdır.
Azərbaycan.-
2019.- 5 mart.- S.6.