Türkiyə
Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə
gəlib
Türkiyə Böyük Millət
Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi
nümayəndə heyəti martın 6-da Azərbaycan
Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Heydər Əliyev Beynəlxalq
Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci
müavini Ziyafət Əsgərov qarşılayıb.
Jurnalistlərə müsahibəsində
Mustafa Şentop qeyd edib ki, Türkiyə Böyük Millət
Məclisinin sədri seçildikdən sonra ilk səfərini
dost və qardaş Azərbaycana edir.
Səfər çərçivəsində
bir sıra yüksək səviyyəli görüşlər
keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan
və Türkiyə əlaqələri “bir millət, iki
dövlət” şüarı ilə bütün sahələrdə
sürətlə genişlənir. İki ölkə həm
regional, həm də beynəlxalq məsələlərdə
əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz,
o cümlədən parlamentlərimiz arasındakı
münasibətlərin daha da inkişafına töhfə verəcəyinə
inanıram”.
Azərbaycan.-
2019.- 7 mart.- S. 3.