İslah Əmək Düşərgələri Baş İdarəsi - QULAQ
1930-cu illərdən 1950-ci illərə qədər Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu rusca qısaca QULAQ (Qlavnoye upravleniye spravitelno - trudovıx lagerey i kaloniy) adlanırdı.
Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi bu düşərgələr əsasən NKVD troykaları və mühakiməsiz edamın digər üsulları ilə idarə olunurdu. Çoxları bu düşərgələri insanların ölənə qədər işlədiyi sistem kimi təsvir edirdi. Məhbuslar cəzalarını çəkənə qədər ağır şəraitdə məcburi katorqaya məhkum edilirdilər.
1940-cı ilin martında SSRİ-də 53 QULAQ düşərgəsi idarəsi və 423 əmək koloniyası var idi. Təxminən 14 milyon insan 1929-cu ildən 1953-cü ilə qədər bu əmək düşərgələrində olmuşdur. 6-7 milyondan çox məhbus SSRİ-nin uzaq ərazilərinə sürgün edilmişdir. Hesablamalara görə, düşərgələrdəki insanların sayı 1934-cü ildə 510 min 307 nəfər idi. Lakin bu rəqəm artıq 1953-cü ildə 1.727.970 nəfərə çatmışdır. Digər hesablamalara görə, 1953-cü ilin əvvəllərində məhbusların ümumi sayı 2,4 milyondan çox olmuşdur. Bunların 465 min nəfəri siyasi məhbus idi.
Arxiv məlumatına əsasən, 1.0.53.829 insan 1934-1953-cü illərdə QULAQ-da dünyalarını dəyişmişlər. Ümumiyyətlə, 1929-1953-cü illərdə həmin düşərgələrdə 1,6 milyon insanın həlak olduğu bildirilir. Bu rəqəmin hətta 10 milyona qədər olduğu da ehtimal edilir.
1953-cü ildə Stalinin ölümündən sonra
QULAQ ləğv edilmişdir.
Azərbaycan.-
2019.- 10 mart.- S.7.