L.Beriyanın ziddiyyətli karyerası necə başa çatdı...

 

SSRİ Xalq Daxili İşlər Komissarlığına başçılıq edən, yüz minlərlə insanın güllələnməsinə sürgünə göndərilməsinə imza atanlardan biri məşhur "sovet cəlladı” (onu belə adlandırırdılar) Lavrenti Pavloviç Beriya olmuşdu. Stalinin yaxın silahdaşlarından olan bu insan 1953-cü ilin dekabrında SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnmişdi. L.Beriya onilliklər ərzində Rusiyanın bütün tarixi boyu mövcud olmuş ən qəddar fiqurlardan biri sayılırdı. Onu tez-tez çar İvan Qroznının yaxını Malyuta Skuratovla müqayisə edirdilər.

L.Beriya siyasi repressiyalara görə əsas məsuliyyət daşıyan şəxs və Stalinin "baş cəlladı” idi. İosif Stalinin ölümündən sonra o, hakimiyyət uğrunda mübarizəni uduzaraq məğlubiyyətini təkcə öz həyatı hesabına ödəmədi, eyni zamanda Stalin dövrünün "qəddar insanı” kimi də tarixə düşdü.

1899-cu ilin martında Abxaziyanın kasıb kəndli ailəsində anadan olan Beriya 16 yaşında inqilabi hərəkata qoşulur, bir neçə dəfə həbs edilir. 21 yaşında Azərbaycan FK-nın sıralarında xidmətə başlayır. Daha sonra Gürcüstanda işləyir. Əks-inqilabçı qüvvələrin zərərsizləşdirilməsində iştirak etdiyinə görə "Qırmızı bayraqordeni alır. 1927-ci ildə Gürcüstanın xalq daxili işlər komissarı olur. 1931-ci ildə Gürcüstan FK MK-nın birinci katibi təyin edilir.

Lavrenti Beriya SSRİ NKVD aparatında 1938-ci ildə görünür. Beriyanın gəlişi ilə "böyük terrorbir müddət dayanır, 200 minədək adam həbsdən buraxılır.

1953-cü ilin martın 5-də İ.Stalin vəfat edəndə rəhbərlikdə hakimiyyəti tam ala biləcək fiqur yox idi. Ölkəni üç koalisiya - sovet hökumətinin rəhbəri və SSRİ-nin formal lideri G.Malenkov, partiyanın lideri N.Xruşşov, dövlət təhlükəsizliyi və daxili işlər nazirliklərini birləşdirib ona rəhbərlik edən Lavrenti Beriya idarə edirdi. Təbii ki, bu üçhakimiyyətlilik çox davam edə bilməzdi. Əgər hakimiyyət Beriyanın əlinə keçsəydi, ölkəni nə gözləyəcəyini demək çətin idi. Bəziləri iddia edirlər ki, bu, yeni repressiyalara səbəb olardı. Lakin Beriyanın planları nə olsa da, onu reallaşdıra bilmədi. N.Xruşşov qabaqlayıcı tədbirlərə başladı. O, G.Malenkovdaha iki nüfuzlu siyasətçi - Nikolay BulqaninVyaçeslav Molotovla ittifaq bağlayıb Beriyaya hücuma keçdi. Mərkəzi Komitə əvvəlcə DİN-ə nəzarət edən xüsusi şöbə yaradır. Beriya təhlükəni hiss etmir. Xruşşov isə hərbçiləri, o cümlədən marşal Georgi Jukovu öz tərəfinə çəkə bilir.

1953-cü il iyunun 26-da Kremldə SSRİ Nazirlər Kabinetinin müşavirəsində N.Xruşşov gözlənilmədən Beriyanı dövlət əleyhinə fəaliyyətdə və Böyük Britaniyanın xeyrinə casusluqda ittiham edir.

Özünü itirmiş Beriya cavab verməyə çalışır. Lakin ona imkan vermirlər. Həlledici məqamda iclas zalına başda Jukov olmaqla generallar daxil oluronlar Beriyanın əllərini qandallayırlar. Ona qarşı irəli sürülmüş ittihamlar "böyük terror” illərində irəli sürülən ittihamlardan az fərqlənirdi: casusluq, hakimiyyətdən sui-istifadə, kütləvi həbslər, zorakılıq halları, zorlanmas.

1953-cü il dekabrın 23-də Lavrenti Beriya ölüm cəzasına məhkum edilir.

 

Azərbaycan.- 2019.- 10 mart.- S.7.