Leyla Əliyevanın təşəbbüsü ilə
paytaxtın siması gündən-günə gözəlləşir
Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən, təmirsiz həyətlərin
abadlaşdırılmasına yönəlmiş "Bizim həyət”
layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov
küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə
etdiyi, ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə
abadlaşdırılan həyət sakinlərin istifadəsinə
verilib.
"Bizim həyət” layihəsinin
əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən
təmiz və abad edilməsi, şəhər
ekologiyasının sütunu olan yaşıllıqların bərpası,
sağlam həyat tərzinin formalaşdırılması,
sakinlər üçün təhlükəsiz və rahat
yaşam şəraitinin yaradılmasıdır. Layihə
çərçivəsində abadlaşdırılan həyətlərdə
əlil və sağlamlıq imkanları məhdud
insanların rahat hərəkəti nəzərə
alınıb, bütün yaş qrupları üzrə
uşaqların inkişafı naminə əlverişli şəraitin
yaradılması və gənclərin asudə
vaxtlarının səmərəli keçirməsi məqsədilə
idman qurğuları, şahmat və uşaqlar üçün
oyun meydançaları, oturacaqlar, sakinlərin təhlükəsizliyinin
təmin edilməsi məqsədilə müşahidə
kameraları quraşdırılıb.
Meydançaların
salınmasında əsas məqsəd gənclərin
sağlam həyat tərzi, sağlamlıqlarının
möhkəmləndirilməsinə, asudə vaxtlarının
səmərəli keçirilməsinə, o cümlədən
onlarda idmanla məşğulolma vərdişinin yaranmasına
nail olmaqdır.
Sakinlərin istəkləri nəzərə alınaraq, burada 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq, 100-dən artıq müxtəlif növ ağac əkilib və ərazidə yaşıllıq zolağı salınıb.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 14 mart.- S.6.