Hindistanın ölkəmizdə yeni təyin olunmuş
səfiri fəaliyyətə başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə
söhbət etdi.
Görüşdə ölkələrimiz
arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində
əməkdaşlığın inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti
dövründə ölkələrimiz arasında əməkdaşlığın
inkişafı naminə səylərini əsirgəməyəcəyini
bildirdi.
Prezident İlham Əliyev
səfirə ölkəmizdə fəaliyyəti müddətində
uğurlar arzuladı.
Azərbaycan.-
2019.- 12 mart.- S. 1.