Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi
professor David Hayat ilə görüşüb
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə
Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi
və keçmiş prezidenti professor David Hayat ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki,
görüşdə onkoloji xəstəliklərin
qarşısının alınması, bu sahədə təcrübə
mübadiləsinin aparılması və yeni əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi ilə
bağlı geniş fikir mübadiləsi aparıldı.
Həmçinin görüşdə
iki ölkənin onkologiya mərkəzləri arasında
sıx əməkdaşlığın qurulmasının və
birgə layihələrin həyata keçirilməsinin zəruriliyi
vurğulandı.
Azərbaycan.-
2019.-12 mart.- S.3.