E.S.Babayevin Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu
Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən
azad edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2019-cu il
Azərbaycan.-
2019.- 12 mart.- S. 3