Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr
tarixli 692 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İdarələrarası elektron sənəd
dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq "Dövlət orqanlarında (qurumlarında) daxili
idarəetmə proseslərinin elektronlaşdırılması
tədbirləri haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının
3.3-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9,
maddə 844; 2016, ¹ 7, maddə 1264) ilə təsdiq edilmiş
"İdarələrarası elektron sənəd dövriyyəsi
sistemi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.3.-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"1.3. Sistemin
iştirakçıları aşağıdakılardır:
1.3.1. dövlət orqanları;
1.3.2. dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər,
dövlət adından yaradılan publik hüquqi şəxslər;
1.3.3. bu əsasnaməyə əlavə
edilmiş siyahıda nəzərdə tutulan qurumlar.”;
1.2. 1.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"1.4. Bu əsasnamədə
elektron sənəd dövriyyəsi dedikdə sistemin
iştirakçıları arasında elektron sənəd
mübadiləsinin və sistem çərçivəsində
sənədlərin hərəkəti üzrə uçotun
aparılması nəzərdə tutulur.”;
1.3. 2.3-cü bəndə "server”
sözündən sonra "(o cümlədən ehtiyat server)”
sözləri əlavə edilsin;
1.4. 5.1.1-ci yarımbəndə
"xüsusi” sözündən sonra "texniki” sözü əlavə
edilsin;
1.5. Əsasnaməyə əlavənin
- "İdarələrarası elektron sənəd dövriyyəsi
sisteminin iştirakçısı olan qurumların
siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri
ləğv edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2019-cu il
Azərbaycan.- 2019.-12
mart.- S.3.