Keniya
Respublikasının Prezidenti Zati-aliləri cənab Uhuru
Kenyattaya
Hörmətli cənab Prezident,
"Efiopiya hava yolları"na məxsus
sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində
həmvətənlərinizin həlak olması xəbərindən
son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün Keniya xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2019-cu il.
Azərbaycan.- 2019.-
12 mart.- S.3.