Efiopiya Federativ
Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım
Sahle-Uork Zevdeyə
Hörmətli xanım Prezident,
"Efiopiya hava yolları"na məxsus
sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində
çoxsaylı insan tələfatı xəbərini kədər
hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün Efiopiya xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2019-cu il.
Azərbaycan.-
2019.- 12 mart.- S.3.