İlham Əliyevdən dünyaya sülh, ədalət və əməkdaşlıq çağırışı

 

Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir

 

 

Dünən VII Qlobal Bakı Forumu öz işinə başladı. Üç gün davam edəcək forumda 55 ölkədən 500-dən artıq nümayəndə iştirak edir. Budəfəki mövzu "Dünyanın yeni xarici siyasəti”dir.

Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstək qazanır

Öncə onu qeyd edək ki, Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olan və müstəqil siyasət həyata keçirən ölkə kimi tanınmır. Azərbaycanı dünyaya tanıdan başqa bir səbəb təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Artıq xeyli müddətdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan qlobal məsələlərin müzakirə olunduğu siyasi, iqtisadihumanitar mərkəz kimi tanınır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan Bakı Prosesi qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir.

Qlobal forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasihumanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Qlobal Bakı Forumu dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Belə ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiyadialoq aparırlar. Bu mənada forum keçmişindiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Dünən VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu nəzərə çarpdırıb.

Prezident İlham Əliyev forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəltdi, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı. "Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlət başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirdi. Ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat enerji layihələrimizdən danışdı, bunun beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını vurğuladı.

 

Səmərəli diskussiyadialoq platforması

 

Xatırladaq ki, indiyədək 6 Qlobal Bakı Forumu keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub.

2014-cü ilin aprelində keçirilən ikinci forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi.

Üçüncü forum 2015-ci ilin aprelində keçirildi. "Yeni dünya düzənində etimadın bərpa olunmasımövzusuna həsr olunan bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu bir sıra qlobal problemləri müzakirə etdilər.

IV Qlobal Bakı Forumu 2016-cı ilin martında keçirildi. "Çoxqütblü dünyaya doğrumövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu.

2017-ci ilin martında keçirilən V forum "Beynəlxalq münasibətlərin gələcəyi: güc maraqlarmövzusuna həsr olunmuşdu. Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdi.

Ötən il mart ayında keçirilən VI forumda "İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılmasımövzusu müzakirə edildi. Forumda beynəlxalq münasibətlərdə güc anlayışı, Yaxın Şərq regionunda sülh təhlükəsizlik, Balkan regionunda hazırkı gələcək vəziyyət, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edildi.

Dünəndən isə VII forum öz işinə başlayıb. Tədbirdə hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı baş nazir, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu səmərəli diskussiya dialoq məkanıdır. Bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə bu qlobal platformanın dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2019.-15 mart.- S.1.