Forumun üçüncü panel iclası: “Bu,
qloballaşmanın sonudurmu?” sualı ətrafında çıxışlar olub
Martın 14-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Bu, qloballaşmanın sonudurmu?” mövzusunda müzakirələr aparılıb.
Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçən paneldə çıxış edən Polşanın sabiq Baş naziri Marek Belka bildirib ki, ölkəsi Avropa İttifaqına qoşulduqdan sonra iqtisadi baxımdan faydalanıb. Qloballaşmanın siyasi qərarlar əsasında mövcud olmadığını deyən sabiq Baş nazir əlavə edib ki, bu, texnoloji bir prosesdir. Qloballaşmanın sona yaxınlaşmasını demək düzgün deyil. Bunun qarşısını almaq mümkün deyil. Müxtəlif ölkələr qloballaşmadan fərqli şəkildə istifadə edirlər.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Sovet İttifaqının dağılmasından sonra ölkəsində demokratiyanın bərqərar olduğunu bildirib. O əlavə edib ki, qloballaşma prosesindən razıdır. Bolqarıstanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatını inkişaf etdirdiyini deyən sabiq dövlət başçısı ölkəsində həyata keçirilən islahatlardan danışıb. O vurğulayıb ki, qloballaşmadan xilas olmaq mümkün deyil. Bu gün dünyanı hörümçək toru kimi ağuşuna alan internet bəşəriyyəti bir əldə saxlayır. Dünyanın istənilən yerində gedən prosesləri sosial media vasitəsilə izləmək mümkündür. Qloballaşma vasitəsilə dövlətlər yeni iqtisadi alətlərdən ortaqlı istifadə edirlər.
Ekvadorun
keçmiş Prezidenti
Rosalia Arteaqo Serrano Latın Amerikasının müxtəlifliyə
malik bir coğrafiya olduğunu deyib. Qeyd edib ki, burada
siyasi, iqtisadi və humanitar böhran mövcuddur. Qlobal trendin
davam etdiyini deyən sabiq Prezident əlavə edib ki, bu
gün Avropada cərəyan edən istənilən böhran Latın Amerikasına da öz təsirini
göstərir.
Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının
prezidenti Benedetto Zakkirol qloballaşmanın
müsbət və mənfi məqamlarından
söz açıb. O, dövlət
rəhbərlərinin qlobal
məsələlərə münasibət bildirməli
olduqlarını söyləyib.
Vurğulayıb ki, bütün
səylər müsbət
istiqamətə cəmləşdirilməlidir.
Livanın sabiq Baş naziri Fuad Siniora
isə qeyd edib ki, bu
gün dünya qloballaşmanın müsbət
tərəflərindən faydalanmaqla
mənfi tərəflərindən
də əziyyət çəkir. Bu gün
miqrasiya axınlarına
qarşı vacib addımlar atılmalıdır,
insanların həyat şəraitləri yaxşılaşdırılmalı,
onlara kömək göstərilməlidir. Dünyada ksenofobiya,
millətçilik, şovinizm
kimi mənfi cərəyanlara qarşı
mübarizə aparılmalıdır.
Mavritaniyanın sabiq Prezidenti xanım Ameenah Gurib qeyd edib
ki, dünyada hökm sürən böhran hər bir insana təsir
edir, hər kəs işini itirir. Bu da ciddi
sosial problemlərə
gətirib çıxarır.
İtaliyalı senator Ettore Liçeri bildirib ki, qloballaşmada
insanların düşüncə
tərzi dəyişir. İnsanlar yeni
yerlər görmək
istəyirlər. Bu, insanları yaxınlaşdırır.
Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək qeyd edib ki, qloballaşma
dünyanın müxtəlif
yerlərində fərqli
şəkildə başa
düşülür. Yaxşı tərəfdən
baxdıqda qloballaşma
insanlara çox şey qazandırıb.
Digər
tərəfdən, qloballaşma
dünyanın siyasi gündəmini dəyişir,
yeni siyasi sosial mühit formalaşdırır.
Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb.
Azərbaycan.- 2019.-15 mart.- S.6.