Azərbaycan
ilə İtaliyanı
bir-birinə bağlayan sıx əlaqələr mövcuddur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA
yanında İtaliya nümayəndə heyətinin sədri,
İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr
Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul
edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Azərbaycan ilə
İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə
çoxşaxəli əlaqələrin mövcud olduğunu
qeyd edərək, yüksək səviyyədə həyata
keçirilən səfərlərin önəmini vurğuladı.
İtaliya Prezidentinin keçən il Azərbaycana,
özünün isə İtaliyaya bir neçə dəfə
səfər etdiyini xatırladan dövlətimizin
başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi
səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin
İtaliya şirkətləri tərəfindən inşa
edilmiş böyük sənaye müəssisəsinin
açılışının qeyd edildiyini bildirdi və
ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət
və digər sahələrdə yaxşı əməkdaşlıq
formatının olduğunu dedi.
Səfər zamanı Bakı
haqqında təəssüratları barədə xoş
sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi
bir-birinə bağlayan sıx əlaqələrin mövcud
olduğunu dedi. Enerji sahəsində Azərbaycan ilə
İtaliya arasında bir sıra razılaşmaların
olduğunu vurğulayan qonaq Azərbaycan qazını
İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə
işlərin uğurla davam etdirildiyini məmnunluqla
vurğuladı. Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın
inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin
siyasi əlaqələrlə də şərtləndiyini dedi
və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyəti ilə səmərəli əməkdaşlıq həyata
keçirdiklərini qeyd etdi.
Görüşdə, həmçinin
ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər
sahələrdə ikitərəfli əməkdaşlığın
inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2019.- 6 mart.- S.2.