Rosen Plevneliyev: “Qlobal Bakı Forumunun əhəmiyyəti
ildən-ilə daha da
artır”
Yeddinci Qlobal Bakı Forumunda iştirak etməkdən çox məmnunam. Sürətlə inkişaf edən Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, dostluq şəraitində və səmimi mühitdə keçən Foruma xeyli sayda iştirakçının qatılması çox sevindiricidir. Eyni zamanda, bu Forumda həm hazırkı, həm də sabiq dövlət başçılarının iştirakı onun əhəmiyyətini daha da artırır. Bu səbəbdən iştirakçıların sayı ildən-ilə artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Rosen Plevneliyev deyib.
Dünyadakı
hazırkı siyasi vəziyyəti şərh
edən Bolqarıstanın keçmiş Prezidenti bu baxımdan Forumun əhəmiyyətinə toxunub. “Dünyada
münaqişələrin, terror
aktlarının və digər problemlərin
artdığı bir dövrdə yeni bir siyasətə
ehtiyacın olduğunu görürük.
Bu siyasət, fikrimcə, ikitərəfli
müstəvidə deyil, məhz hərtərəfli
əməkdaşlıq və dostluq
mühitində əlaqələrin qurulmasına, problemlərin
həlli yollarının bu müstəvidə
axtarılmasına əsaslanmalıdır. Bu
baxımdan, bu Forumun əhəmiyyəti
çox yüksəkdir. Çox
şadam ki, biz Forumda bir
araya gələrək dünyanı narahat edən ən aktual
problemləri beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırırıq”, - deyə Rosen Plevneliyev qeyd edib.
Azərbaycan.-
2019.-15 mart.- S.6.