TASS Agentliyi Birinci
vitse--prezident Mehriban
Əliyevanın Fransaya səfərinin
yekunlarına dair geniş
informasiya təqdim edib
Rusiyanın TASS İnformasiya Agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin yekunlarına dair geniş informasiya təqdim edib.
Agentliyin Paris bürosunun hazırladığı materialda səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra mühüm sənədlərin imzalandığı qeyd olunur. Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın aparıcı siyasi, elm və mədəniyyət xadimləri, iş adamları ilə görüşlər keçirib.
Yazıda deyilir: “Mehriban Əliyevanın Parisə səfəri xüsusi diqqət mərkəzində olub. Ötən günlər ərzində o, Fransa Senatının sədri Jerar Larşe və Milli Assambleyasının sədri Rişar Ferran ilə danışıqlar aparıb. Birinci vitse-prezident, həmçinin mədəniyyət naziri Frank Riesterin müşayiəti ilə Orsey muzeyində olub”.
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşünü AZƏRTAC-a istinadla işıqlandıran agentlik yazır ki, tərəflər Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Agentlik
diqqətə çatdırır ki, Fransada Azərbaycanın böyük
iqtisadi potensiala malik olduğu qeyd edilir. Azərbaycan
bazarında 59 Fransa şirkəti fəaliyyət
göstərir. İki ölkə
arasında elm və mədəniyyət
sahələrində də əlaqələr uğurla
inkişaf edir.
Azərbaycan.- 2019.- 15 mart.- S.6.