“Milli arxiv
fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci
bəndini rəhbər tutaraq, "Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1179-VQD nömrəli Qanununun icrası ilə
əlaqədar qərara alır:
"Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 404; 2002, ¹ 12, maddə 706;
2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2006, ¹ 2, maddə 64, ¹ 12,
maddə 1005; 2007, ¹ 1, maddə 4; 2009, ¹ 5, maddə 308; 2010, ¹ 7,
maddə 579; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 11, maddə 1038; 2013, ¹
6, maddə 615; 2015, ¹ 11, maddə 1280; 2017, ¹ 5, maddə 690;
2018, ¹ 10, maddə 1965) 16-cı maddəsinin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Tərkibində dövlət
sirri olan arxiv sənədlərindən istifadəyə,
onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar
üçün 10 ildən, tam məxfi məlumatlar
üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar
üçün 30 ildən, məxfilik dərəcəsindən
asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat,
əməliyyat-axtarış fəaliyyətini həyata
keçirən orqanların əməkdaşı
olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq
edən, yaxud əməkdaşlıq etmiş şəxslərin
şəxsiyyətini müəyyən etməyə imkan verən
məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin
müddətlər müvafiq icra hakimiyyəti orqanının
rəyi ilə uzadıla bilər.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.
- 2019.- 15 mart.- S.9.