“Cinayət
işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının,
odlu silahın, onun əsas hissələrinin, hərbi
sursatların, partlayıcı maddələrin və partlayıcı
qurğuların verilməsi qaydası haqqında Protokol”un
icrası ilə bağlı səlahiyyətli orqanların
müəyyən edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli
1499-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Cinayət
işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının,
odlu silahın, onun əsas hissələrinin, hərbi
sursatların, partlayıcı maddələrin və
partlayıcı qurğuların verilməsi qaydası
haqqında Protokol”un 5-ci maddəsinin icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
1. Müstəqil Dövlətlər
Birliyi Hökumət Başçıları
Şurasının Soçi şəhərində
keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında
imzalanmış "Cinayət işləri üzrə maddi
sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının, odlu silahın, onun əsas
hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin
və partlayıcı qurğuların verilməsi qaydası
haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin
həyata keçirməsi ilə bağlı səlahiyyətli
orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu
və Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi müəyyən edilsinlər.
2. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən
həyata keçirilməsi üzrə səlahiyyətli
orqanların müəyyən edildiyi barədə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə
bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2019-cu il
Azərbaycan.
- 2019.-15 mart.- S.9.