Veinsztok
İsrael: “Azərbaycan yəhudilərin antisemitizmə məruz
qalmadığı yeganə ölkədir”
Martın 14-də Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov Böyük Britaniyada
yaşayan yəhudi icmasının üzvlərindən ibarət
nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Səməd
Seyidov Azərbaycanın dünyada tolerant, multikultural bir
ölkə kimi tanındığını söyləyib.
Qeyd edib ki, Azərbaycanda yəhudilər yaşadıqları
bütün dövrlərdə heç zaman
ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar.
Milli Məclisin yəhudi əsilli
deputatı Yevda Abramov Azərbaycanın dünyada tolerant,
multikultural bir ölkə kimi tanındığını
deyib. O, Azərbaycanda yəhudilərə göstərilən
diqqət və hörmətdən danışıb. Bildirib
ki, yəhudilər Azərbaycanda 2500 ildir məskən
salıblar. Burada yəhudilər heç vaxt
sıxışdırılmayıb, antisemitizmə məruz
qalmayıblar.
Azərbaycanda bütün dini
nümayəndələr üçün gözəl şəraitin
yaradıldığını deyən Yevda Abramov qeyd edib ki,
dövlət tərəfindən yəhudilərə öz
dillərində təhsil almaq, öz mədəniyyətlərini
sərgiləmək üçün hər cür şərait
yaradılıb. Ölkədə 6 yəhudi icması, 10-a
yaxın sinaqoq fəaliyyət göstərir. Bu da
özlüyündə Azərbaycanın
tolerantlığının bariz nümunəsidir.
Nümayəndə heyətinin rəhbəri
Veinsztok İsrael Azərbaycanda yəhudi icmasına göstərilən
yüksək diqqət və qayğının təqdirəlayiq
olduğunu vurğulayıb. "Azərbaycan yəhudilərin
yaşadığı yeganə ölkədir ki, burada onlar
antisemitizmə məruz qalmayıblar", - deyə nümayəndə
heyətinin rəhbəri vurğulayıb.
Veinsztok İsrael, həmçinin
İsrail-Azərbaycan münasibətlərinin
inkişafını sevindirici hal kimi qiymətləndirib.
Azərbaycan.- 2019.- 15 mart.- S.9.