Cəmil Çiçək: “Qlobal Bakı Forumunda
müzakirə olunan məsələlər
dünya ictimaiyyəti üçün
çox faydalıdır”
Yeddinci Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə və azərbaycanlı qardaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək jurnalistlərə müsahibəsində deyib.
Cəmil Çiçək bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyini göstərən bu Forum müzakirə olunan məsələlərin əhəmiyyəti baxımından Türkiyə ictimaiyyəti üçün də böyük maraq doğurur. Azərbaycan əvvəlki illərdə də çox mötəbər tədbirlərə ev sahibliyi edib. Bu Forum onlardan biridir və çox uğurla həyata keçirilir.
Azərbaycan və
Türkiyənin qardaş dövlətlər
olduğunu vurğulayan,
ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”
kəlamını xatırladan C.Çiçək deyib: “Türkiyə hər zaman
Azərbaycanın qazandığı nailiyyətlərə sevinir. Mən müxtəlif tədbirlərdə
iştirak etmək üçün
Azərbaycanda dəfələrə səfərdə olmuşam. Azərbaycan sürətlə inkişaf edir. Xaricdən
gələn qonaqlar bu
inkişafı əvvəlki səfərləri ilə
müqayisə edərək daha tez görürlər. Mən də Azərbaycanın
getdikcə daha da inkişaf etdiyini, gücləndiyini,
beynəlxalq müstəvidə nüfuz sahibi olan ölkəyə
çevrildiyini görürəm”.
Azərbaycan.-
2019.-16 mart.- S.6.