Buyar Nişani: “Azərbaycanın
beynəlxalq əməkdaşlığın inkişafına
verdiyi töhfələr təqdirəlayiqdir”
Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın sabiq Prezidenti Buyar Nişani bildirib.
Sabiq Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığa və dialoqa töhfə verməklə təkcə dünya ölkələrinin bir-birinə daha da yaxınlaşmasında deyil, həm də onların iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.
Buna misal
olaraq, Azərbaycanın Xəzər dənizi
hövzəsindən təbii qazın Türkiyə, Albaniya, Yunanıstandan keçməklə Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz boru kəmərinin bizim regionda uğurla reallaşdırılması nəticəsində
bu layihəyə daxil
olan ölkələrin, o cümlədən Albaniyanın iqtisadi inkişafının əhəmiyyətli
hissəsi olan investisiya
qoyuluşunu qeyd etmək
olar. Balkan regionu ölkələrinin üzləşdiyi
əsas çağırışlardan birinin
məhz qazlaşdırma olduğunu deyən
Buyar Nişani belə
layihələrin, xüsusilə də TAP və TANAP kəmərlərinin
əhəmiyyətini vurğulayıb.
Azərbaycan.-
2019.-16 mart.- S.6.