Ekmələddin İhsanoğlu: “Azərbaycan mühüm məsələlərin
müzakirə olunduğu önəmli məkana
çevrilib”
Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkana çevrilib. Yeddinci Qlobal Bakı Forumu bunu bir daha təsdiq etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Forumda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu söyləyib.
E.İhsanoğlu
qeyd edib ki, Qlobal Bakı Forumunda beynəlxalq ictimaiyyəti narahat edən məsələlər
müzakirə olunur. Bu
müzakirələrdə dünyanın müxtəlif
ölkələrindən dövlət və hökumət
başçıları, sabiq prezidentlər,
ictimai-siyasi xadimlər, diplomatlar
iştirak edirlər. Bir
sözlə, Bakı Forumu qlobal
məsələlərin səmərəli müzakirəsi üçün mühüm
tədbirdir. Artıq yeddinci ildir keçirilən bu Forumun önəmi ildən-ilə daha da artır.
Azərbaycan.-
2019.-16 mart.- S.6.