Forumun sonuncu günü keçirilən panel iclaslar da maraqlı müzakirələrlə yadda qalıb

 

Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?”

 

Yeddinci Qlobal Bakı Forumu sonuncu gününü panel iclaslarla davam etdirib.

Forum çərçivəsindəGənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda panel iclas keçirilib.

Panelə moderatorluq edən Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib ki, bu gün gənclərin lider kimi yetişmələri üçün kifayət qədər münbit şərait var. Bunun üçün xüsusi təqaüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə gənclər siyasi texnoloji biliklərini artırırlar.

Corctaun Universitetinin tələbəsi Salima Şita vurğulayıb ki, bu gün dünyada ekoloji problem mövcuddur. Bu problem dünyada bir çox fəsadlara gətirib çıxarır. Bu problemin aradan qaldırılması üçün ortaq layihə üzərində çalışmalıyıq. Ekoloji problemin həlli dünyada yoxsulluğun yayılmasına da imkan verməz.

Dünyadakı əsas problemlərdən birinin yoxsulluq olduğunu deyən qırğızıstanlı gənc Altınay Alntınmayeva bildirib ki, erkən nikah problemi narahatlıq doğuran məsələdir. O deyib ki, qızların təhsil almaq istəyi olsa da, onlar ailə qurmağa məcbur edilirlər. Bunun nəticəsində cəmiyyətdə cinsi bərabərlik pozulur.

İtaliyanı təmsil edən gənc Curiya Sardi vurğulayıb ki, dünyada uşaq hüquqlarının pozulması da geniş yayılıb. Valideynlərin sosial vəziyyətinin aşağı olması səbəbindən uşaq əməyindən istifadə olunur. Bu da uşaqların gələcəyi üçün risk yaradır.

ADA Universitetinin tələbəsi Sevinc Novruzova dünyanı narahat edən iqlim dəyişikliyinin fəsadlarından danışıb. Bildirib ki, bu, ekoloji problemlə yanaşı, həm sosial mühitin normal olmaması ilə bağlıdır. Dünya birliyi siyasi problemlərlə yanaşı, bu məsələlərə xüsusi diqqət ayırmalıdır. Çünki ekoloji problemlər kənd təsərrüfatının qida sənayesinin inkişafına mane olur.   

Şimali Makedoniya Respublikasını təmsil edən gənc İlya Cvetanovski bildirib ki, səylərimizi birləşdirsək, əməkdaşlıq şəraitində çalışsaq problemləri həll edə, dünyamızı yaxşılaşdıra bilərik. Gənclərin birgə çalışması nəticəsində mükəmməl bir dünyaya sahib ola bilərik. Bunun üçün ekoloji sosial layihələr üzərində işləməliyik.

Panelin ikinci hissəsində çıxış edən tacikistanlı Kamilla Soliyeva bildirib ki, dünyada gənclər arasında dialoqun gücləndirilməsi üçün bu sahədə diplomatiya inkişaf etdirilməlidir. Məhz bu dialoq nəticəsində problemlər birgə araşdırıla bilər. 

Dünyanı narahat edən qadın zorakılığının, gender bərabərsizliyinin fəsadlarından bəhs edən azərbaycanlı gənc Tərlan Abbasova bunlarla qlobal səviyyədə mübarizə aparmağın zəruriliyini qeyd edib. O, XX əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən danışıb.

Ukraynanı təmsil edən Bəkir Abiyev dünyada milli azlıqlarla bağlı mövcud olan problemlərdən, xüsusilə onların hüquqlarının pozulmasından söhbət açıb.

 

Azərbaycan.- 2019.-17 mart.- S.2.