İnformasiya dolğunluğu dezinformasiya riski

 

Forum çərçivəsində keçirilən panel iclaslardan biri İnformasiya dolğunluğu dezinformasiya riskimövzusuna həsr edilib.

Panelə moderatorluq edən Belçikanın sabiq Baş naziri Yves Leterme hazırda dünyada dörd milyard insanın internetdən istifadə etdiyini deyib. O bildirib ki, internetin təsir gücü olduqca genişdir. Hökumətlər internetin mənfi təsirlərini azaltmaq üçün müəyyən təşəbbüslər göstərirlər. Bu paneldə internetin istifadəsinin müsbət mənfi tərəfləri barədə danışılacaq.

Federal Əlaqələr Komissiyasının keçmiş komissarı Susan Ness vurğulayıb ki, sosial şəbəkələrdə məlumatların cavabdehliyinin olmaması saxta xəbərlərin yayılmasına şərait yaradır. Bəzi hallarda isə həqiqəti gizlətmək üçün dezinformasiyalar yayılır. İnsanları cəlb etmək üçün xüsusi başlıqlar seçilir. O, bu cür problemlərin qarşısının alınması üçün rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini qeyd edib.

İnterneti nüvə partlayışına bənzədən Moldovanın sabiq ­prezidenti Petru Luçinski hazırda doğru məlumatların seçilməsinin çox çətin olduğunu deyib. Diqqətə çatdırıb ki, dezinformasiya kimi problemlərə mütəmadi olaraq rast gəlinir. Dünya o qədər dəyişib ki, indiki dövrdə media obyektiv olmalı, həqiqəti yaymalıdır.

Pakistanın keçmiş baş naziri Şaukat Aziz deyib ki, hazırda rəqəmsal dövrdə yaşayırıq. Qəzetlər artıq öz əhəmiyyətini itirir. İyirmi-iyirmi beş il əvvəlki dövrlə müqayisədə xəbərin konsepsiyası da dəyişib biz buna uyğunlaşmalıyıq. Dərk etməliyik ki, rəqəmsal dünyada biz özümüz xəbərləri seçə bilərik. Doğru xəbəri seçmək üçün bəzi vasitələrdən istifadə etməliyik, ən əsası isə həqiqəti yalandan ayırmalıyıq. Çünki hazırda media açıq boru kimidir.

İsrailin keçmiş prezidenti xanım Dalia İtzik sosial medianın minlərlə insanı özündə birləşdirdiyini söyləyib. Qeyd edib ki, sosial media insanların öz evində həm redaktor, həm jurnalist kimi fəaliyyətinə şərait yaradır. Bu da yanlış informasiyanın yayılmasına gətirib çıxarır. Feyk xəbərlərin qarşısının alınması üçün hətta məktəblərdə şagirdlərə doğru informasiyanı yanlışdan ayırmağı öyrətməliyik.

Forumda iştirakından məmnun olduğunu deyən Çex Respublikasının keçmiş baş naziri Jan Fişer burada çox vacib məsələlər ətrafında müzakirələr aparıldığını söyləyib. O bildirib ki, informasiya cəmiyyətində hər kəs öz istəyinə uyğun məlumat əldə edə bilər. Hansısa bir cəmiyyətdə demokratiyanın səviyyəsi ölçülərkən, ilk növbədə, buradakı mediaya müraciət etmək lazımdır.

Avstriyanın sabiq kansleri Alfred Güsenbauer feyk xəbərlərin insanların həyatına təsirindən danışıb. Qeyd edib ki, medianın tənzimlənməsi demokratik şəraitdə həyata keçirilməlidir. Bunun üçün elə bir cəmiyyət lazımdır ki, orada açıq fikir mübadiləsi aparıla bilsin.

İclasda müzakirələr zamanı bildirilib ki, dezinformasiya müasir dünyanı narahat edən vacib məsələlərdəndir. Onun qarşısının alınması üçün həll yolları axtarılır. Bunun daha səmərəli olması üçün hökumət qeyri-hökumət təşkilatları birlikdə işləməli, bir-birinin təcrübəsindən bəhrələnməlidir. 

 

Azərbaycan.- 2019.-17 mart.- S.2.