Cənubi Qafqazda regional təhlükəsizlik problemləri

 

İnformasiya dolğunluğu dezinformasiya riskiadlı panel iclasdan sonra forum çərçivəsindəCənubi Qafqazda regional təhlükəsizlik problemlərimövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri Robert Sekuta, Avropa Parlamentinin üzvü Sayyad Kərim başqaları iştirak ediblər.

Müzakirələr zamanı Cənubi Qafqazda regional əməkdaşlığa, sülhə, təhlükəsizliyə təhdid yaradan məsələlər, bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Azərbaycan Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi, həmçinin VII Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyevin nitqində qeyd olunan məsələlər əsnasında ölkəmizin regional inkişafa yönəlik siyasəti bundan irəli gələn vəzifələrə dair müzakirələr aparılıb.

Bundan başqa, Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə, ABŞ, Çin kimi ölkələrlə digər regionlarla əməkdaşlığı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, regional inkişafla əlaqədar Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan çox uğurlu regional əməkdaşlıq modelləri qurub. Bu, Azərbaycan Respublikasının milli maraqlarına xidmət etməklə bərabər, ölkəmizin tərəfdaşlarının da maraqlarına xidmət edir. Bu kontekstdə nəqliyyat dəhlizləri, enerji layihələri bunun əsasında qurulmuş regional əməkdaşlıq modelləri qeyd edilib. Bildirilib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistan Respublikasıdır. Əgər Ermənistan regional proseslərdə iştirak etmək, iqtisadi islahatlar proqramını həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir.

 

Azərbaycan.- 2019.-17 mart.- S.2.