Müttəfiqlərin gələcəyi onların arxasındakı motivasiya

 

Yeddinci Qlobal Bakı Forumunun sonuncuonuncu panel iclasıMüttəfiqlərin gələcəyi onların arxasındakı motivasiyamövzusuna həsr olunub.

Panel iclasın moderatoru, Latviyanın sabiq prezidenti Valdis Zatlers yaradılan alyansların əhəmiyyətindən, onların səmərəliliyindən danışıb.

Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili ölkəsinin artıq öz seçimini etdiyini, Avropa İttifaqını NATO-nu seçdiyini bildirib. O qeyd edib ki, Gürcüstan digər alyanslardan daha davamlı olan uzun müddət mövcudluğunu qoruyub saxlayan NATO ilə tərəfdaşlıqdan faydalanmaq niyyətindədir. Sabiq Prezident Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini diqqətə çatdırıb.

Sinxua Universitetinin Şvarsman Kollecinin dekanı David Pan Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edərək deyib ki, bu qurumun əsas məqsədi ortaq əməkdaşlıq qurmaqdır. O, təşkilatın bir çox problemləri həll etdiyini, iqtisadi inkişafa, yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri foruma dəvətə bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib. O, ekstremizmə, islamofobiyaya qarşı birgə mübarizədə alyansların əhəmiyyətini vurğulayıb. Təhsilin radikalizmə qarşı ən yaxşı vasitələrdən biri olduğunu vurğulayan baş direktor sülh şəraitində yaşamaq üçün insan amilinin çox böyük rol oynadığını bildirib.

BMT-nin Cenevrə Ofisinin baş direktorunun katibliyinin rəhbəri Devid Çikvaidze deyib ki, alyanslar dünyada sülhün əməkdaşlığın göstəricisidir, münaqişələrin qarşısının alınması üçün vacib bir mexanizmdir. Bugünkü çoxqütblü dünyada alyanslara çox böyük ehtiyac var. 

İtaliya Prezidentinin sabiq müşaviri Antonio Zanardi Landi qeyd edib ki, ittifaqlar iki məqsədə xidmət edir: müharibə etmək müharibənin qarşısını almaq. O, hərbi ittifaqların böhran dövrü yaşadığını qeyd edərək deyib ki, bu alyanslar artıq öz funksiyalarını itirmək təhlükəsi ilə üzləşiblər. Digər kiçik təşkilatlar isə fəaliyyətlərini dayandırıblar. İndi isə yeni müvəqqəti ittifaqlar formalaşmaqdadır.

Belçikanın sabiq dövlət naziri Herman De Kroo Qlobal Bakı Forumunda iştirak etdiyinə görə məmnun olduğunu bildirib. O, çıxışında əsasən miqrasiya problemlərindən bəhs edib, bu problemin həlli yollarının tapılmasının vacibliyini vurğulayıb. Bildirib ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq mümkündür, bunun üçün, sadəcə, qarşılıqlı səylərə fəaliyyətə ehtiyac var.

Ukraynanın sabiq prezidenti Viktor YuşenkoSoyuq müharibə”dən sonra Avropanın hissələrə bölündüyünü bildirib. Vurğulayıb ki, sonradan ölkələr arasında əməkdaşlıq qurmaq üçün bir sıra sənədlər imzalanıb. Bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hələ davam etdiyini deyən sabiq Prezident bu problemlərin həlli üçün lazımi mexanizmin tapılmadığını diqqətə çatdırıb. 

* * *

Bununla daDünyanın yeni xarici siyasətimövzusunda keçirilən VII Qlobal Bakı Forumu işini başa ­çatdırıb.

 

Azərbaycan.- 2019.-17 mart.- S.2.