Sumqayıt bulvarında möhtəşəm Novruz növrağı

 

Hər bayramı bir-birindən maraqlı və təmtəraqlı keçirmək artıq Sumqayıtda adət halını alıb. Elimizin qədim bayramı olan Novruza bu dəfə də xüsusi hazırlıq görülüb. Bunu həm ümumşəhər miqyasında, həm də ayrı-ayrı məhəllə, küçə, evlərdə, maarif, mədəniyyət və səhiyyə ocaqlarında yaranan əhvali-ruhiyyədən duymaq, görmək mümkündür.

Hələ Su, Od, YelTorpaq çərşənbələrində şəhərin müxtəlif guşələrində - məhəllə və mikrorayonlarında tonqallar çatılır, sakinlər gecəyarıdan keçənədək ocaq başında şənlənirdi. Dinindən, millətindən asılı olmayaraq hamı bu bayrama xalqımızın ulu tarixinin ən nəcib adət-ənənəsi kimi böyük ehtiramla yanaşır.

Şəhər əhalisini atların və carçının səsi yuxudan ayıltdı. "Ey şəhər əhalisi! Ölkəmizə əziz bayramımız - Novruz gəlir! Onu qarşılamaq hamımızın borcudur! Hər biriniz şəhər bulvarına dəvətlisiniz!”

Səhər saatlarından başlayaraq böyüklü-kiçikli hamı şəhər bulvarı istiqamətinə axışırdı. Küçələrdə maşınlar görünmürdü. Yaşayış binalarının eyvanlarında insanların bahar rəmzlərini asması bu incəliyi bir qədər də gözəlləşdirirdi.

Sumqayıt bulvarı isə gözəlliyi ilə ora toplaşanları valeh edirdi. Şəhər musiqi məktəblərinin şagirdlərinin ifalarında səslənən mahnı və rəqslər insanları hərəkətə gətirmişdi. Şəhər sakinləri onlara qoşulub ifa və rəqs edirdilər.

Şəhər bulvarında diqqəti cəlb edənlərdən biri də quraşdırılan əzəmətli qızılı və qırmızı çadırlar, müasir texnologiyalarla bəzədilmiş səhnə idi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri bulvarın girəcəyindəki seçilmiş məkana doğru addımladılar. Aramla meydana daxil olan Dədə Qorqud Oğuz elinin əzəmətindən söz açdı. Novruz ətrinin yerlərə göylərin ərməğanı olduğunu bildirdi.

Bildirildi ki, bu il Sumqayıtın 70 yaşı tamam olur. Ölkə rəhbəri bu günün keçirilməsi ilə bağlı müvafiq fərman imzalayıb. Ümummilli lider Heydər Əliyev 15, Prezident İlham Əliyev isə 23 son üç ildə 9 dəfə Sumqayıta səfər edib. Bütün bunlar şəhərimizə verilən yüksək dəyərin təzahürüdir. İlləri arxada qoyan sumqayıtlılar 70 ildə çox şey qazanıblar. Bu gün Sumqayıt Cənubi Qafqazın ikinci sənaye mərkəzidir. İnsanların yaşam səviyyəsinə, şəhərin təmiz havasına görə Sumqayıt təkcə Azərbaycanda deyil, Avropada da seçilir. Gələcək illərdə isə bu növraq daha da artacaqdır.

Tədbir iştirakçılarına üstündə 70 yazılmış səmənilər paylandı. Birlik həmrəylik bayramının rəmzlərindən olan tonqalı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı alovlandırdı. Böyük insan seli bulvarın içərilərinə doğru irəlilədi.

Burada nələr yox idi. Milli məişətimizi əks etdirən səhnələr göz oxşayırdı. Bir yanda idmançılar öz məharətlərini nümayiş etdirir, başqa bir tərəfdə rəsm həvəskarlarının əsərlərindən ibarət sərgi insanları özünə cəlb edir. İncəsənət ustalarının iştirakı ilə keçirilən milli adət-ənənələri əks etdirən, yaşı keçmişlərə gedib çıxan alətlər, nehrələr, şəkərbura, paxlava bişirənlər, səmənidən hazırlanan halvalar sairələri ictimaiyyət nümayəndələri tərəfindən böyük maraq rəğbətlə qarşılanır.

İştirakçılar Naxçıvan, Şəki, Şirvan, Qarabağ, Bakı digər adlar yazılmış çadırlara yaxınlaşırdılar. Tariximizin maraqlı səhifələri vərəqlənirdi. Dədə Qorqud nəsihəti, Memar Əcəmi düşüncəsi, Şah İsmayıl qüdrəti ətrafa toplaşanları heyrətə salır. Kosa Keçəl isə meydan sulayır. "Novruz gəlir, yaz gəliradlı konsert proqramı könülləri oxşayır. Minillərin keşməkeşi arandı səhnələrdə ötənlərin vəhdəti yaranır.

Bayram xalq gəzintisi ilə gecə yarıdan keçənədək davam etdi. Xəzərin sahilində məkan salan bulvar sanki sevincini insanlarla bolüşürdü.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 19 mart.- S.4.