Millət
hamisi, əsgər anası...
Mehriban
Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda
qadın hərəkatı yeni keyfiyyət mərhələsinə
qədəm qoyub
Gözəlliyin, incəliyin təcəssümü...
Əzmin, iradənin, qətiyyətin
simvolu...
Humanistliyin, insanpərvərliyin nümunəsi...
Bəşəri ideyaların pərvəriş
qanadları...
Zərif çiyinlərində
dünyanın yükünü daşımağa qadir Fitnə...
Qadın haqqındakı
yanlış stereotipləri alt-üst edən mükəmməl
etalon...
Mehriban xanım Əliyeva...
Bu əməli uca, niyyəti saf
qadın yardıma möhtac insanların ümidi, çətinliyə
düşənlərin pənah ünvanı, kimsəsizlərin
həmdəmi, ana hənirindən məhrum körpələrin
mənəvi anasıdır...
Dünyadakı yeri və rolu ilə
bənzərsiz şəxsiyyətlərdəndir...
Mərhəmət, xeyirxahlıq,
humanizm simvoludur...
"Mən insanlara kömək
göstərmək istəyirəm. Konkret problemləri həll
etmək, yardım edə bildikdə sevinc hissi keçirmək
və səndən asılı olmayan səbəblər
üzündən nəsə edə bilmədikdə təəssüflənmək,
qəzavü-qədər, sağalmaz xəstəlik
qarşısında bütün gücsüzlüyünü
dərk edərkən əziyyət çəkmək, xilas
edilmiş bir uşağın təbəssümünü
gördükdə isə bir daha sevinmək istəyirəm.
Bu, mənim seçimimdir” - deyir. Birinci xanım, Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva...
Bu gün Mehriban xanım Əliyeva
özünün çoxsahəli fəaliyyəti ilə Azərbaycan
qadınının həm fədakar ana, həm də fəal
ictimai xadim olduğunu sübut edir. Azərbaycanda qadın hərəkatının
yeni mərhələsinin lideri kimi Mehriban xanım
Əliyevanın geniş ictimai fəaliyyəti ən
başlıca olaraq humanizm meyarlarına söykənir. Həyatının
mənasını Vətənə, xalqa və insanlara xidmətdə
görən, sərhəd tanımayan xeyirxahlıq, insanpərvərlik
Mehriban Əliyevanı fərqləndirən özünəməxsus
xüsusiyyətləridir.
Onun ictimai fəaliyyəti ölkəmizdə
genişmiqyaslı proseslərin reallaşmasına rəvac
verib. 2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə
başlaması ilə insanlara mərhəmət, şəfqət
bəxş edən birinci xanım, həm də Azərbaycanda
böyük ənənələri və tarixi olan xeyriyyəçilik
məktəbinin yenidən dirçəlməsi və
yaşadılmasını təmin etmiş oldu. Heç bir
sahə onun diqqətindən kənarda qalmadı. Etdiyi
xeyirxahlıqlarla qısa vaxtda Heydər Əliyev Fondu
yardıma ehtiyac duyan hər kəsin ümid yerinə
çevrildi.
Milli Məclisin deputatı kimi fəaliyyət
göstərdiyi müddətdə məhz Mehriban
xanımın təşəbbüsü ilə 4 amnistiya
aktı (2007, 2009, 2013 və 2016-cı illərdə) qəbul
edildi. Hər dəfə on minlərlə insana şamil edilən
bu amnistiyaların fəlsəfəsində yeni ictimai
münasibətlərin formalaşması, vətəndaş həmrəyliyi
anlayışı dayanır. Bu həm də
bağışlayan qəlbin böyüklüyünün təzahürü
idi...
Mehriban Əliyevanın humanitar
layihələri sərhəd tanımır, xeyriyyəçilik
tədbirləri müxtəlif ölkələri, qitələri
əhatə edir. Milli amallar naminə göstərdiyi gərgin
səylər, Azərbaycanın dünyada təbliği
işində həyata keçirdiyi layihələr, təşkil
etdiyi konfranslarla, görüşlərlə Mehriban xanım
qısa müddətdə dünyada ən işgüzar
qadın, müasir Azərbaycan qadınının ideal
obrazını yaratdı.
2015-ci ildə Birinci Avropa
Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə
görə Mehriban Əliyevanın Azərbaycan dövlətinin
ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə
təltif edilməsi isə onun yüksək təşkilatçılıq
qabiliyyətinin göstəricisi idi. Azərbaycanın birinci
xanımı həm də UNESCO və ISESCO-nun xoşməramlı
səfiridir və dünyada ikinci belə şəxsiyyət
yoxdur ki, bu iki mötəbər təşkilatın
üzvü olsun. Onun bu istiqamətdə gördüyü
işlər sayəsində Azərbaycan böyük dividendlər
qazanıb.
İki il öncə, 2017-ci ilin
fevral ayının 21-dən isə Prezident İlham Əliyevin
sərəncamı ilə Birinci vitse-prezident təyin olunan
Mehriban xanım Əliyevanın həyatında yeni dönəm
başladı. Əlbəttə ki, dövlət
başçısının bu qərarı qəbul etməsində
əsas rol oynayan məsələ ilk növbədə,
Mehriban xanımın çoxşaxəli uğurlu fəaliyyəti
oldu. Bu həm də ölkənin birinci xanımının
ictimai fəaliyyətinin cənab İlham Əliyevin həyata
keçirdiyi siyasi xətti uğurla
tamamladığının təsdiqi idi. Bir daha bəlli oldu
ki, Mehriban xanım sədaqətli həyat yoldaşı
olduğu kimi, həm də Azərbaycan Prezidentinin ən
yaxın silahdaşıdır.
Dövlət
başçısının Mehriban xanım haqqında dediyi fikirlər
də deyilənləri bir daha təsdiqləyir: "Mehriban
Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında,
mədəni həyatımızda mühüm və fəal
rol oynayır... Çox peşəkar, bilikli, təcrübəli,
prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır
və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox
böyük rəğbətlə, sevgi ilə yanaşır.
Bütün bu sadaladığım amilləri nəzərə
alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban
Əliyevanın həyatında yeni bir dövr başlayır
və əminəm ki, ölkəmizin inkişafında bundan
sonra da öz dəyərli töhfəsini verəcək”.
Prezidentin böyük etimad göstərdiyi
Mehriban xanım dövlət başçısının, ən
başlıcası isə ona inanan, ümid bəsləyən
insanların etimadını doğruldacağına söz
verdi. Və ötən iki il müddətində bütün
vəzifələrin öhdəsindən böyük məharətlə
gələrək bu etimadı doğrultdu. Mehriban xanım bir
daha təsdiq etdi ki, peşəkar siyasətçi,
işgüzar, təcrübəli, prinsipial dövlət xadimi
Prezidentin ən yaxın silahdaşıdır. Dövlət
başçısı ilə çiyin-çiyinə
addımlayan Mehriban xanım bu müddət ərzində əsas
diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin
problemlərinin həlli üzərində cəmləşdirdi.
Birinci vitse-prezident kimi ilk
müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr etməsi bunu təsdiqləyən
reallıqdır.
Ümumiyyətlə, Birinci
vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə
də hər zaman əhalinin zəif müdafiə olunan təbəqələrinə
etdiyi yardımlar, qaçqın və məcburi
köçkünlərin mənzil-məişət problemlərinin
həlli istiqamətində atdığı addımlar, kimsəsizlərə,
xəstələrə göstərdiyi qayğı Mehriban
xanımın əvvəlki illərdə gördüyü
işlərin davamıdır desək, yanılmarıq.
Bütün bunlar göstərir ki, Azərbaycanın birinci
xanımı bundan sonra da öz fəaliyyəti ilə ölkədə
həyata keçirilən siyasətə layiqli töhfələr
verəcək.
Bütün bunlar təsdiqləyir
ki, Azərbaycanda qadın hərəkatının
formalaşmasında, onların hüquqlarının
qorunmasında, ictimai-siyasi proseslərdə həmişə fəal
olmasında Mehriban Əliyevanın xüsusi xidmətləri
var. Mehriban xanımın bu sahədə çoxcəhətli
və davamlı fəaliyyəti təkcə ölkəmizdə
deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş
ictimai əks-səda doğurub. Beynəlxalq ictimaiyyət Azərbaycanın
Birinci vitse-prezidentini Cənubi Qafqazın ən nüfuzlu
xanımı kimi səciyyələndirir. Təltif olunduğu
çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar, medallar
onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin
hər birinin arxasında prinsipiallıq, xeyirxahlıq, ən əsası,
xalqına, dövlətinə, bəşəriyyətə
sevgi dayanır.
Ölkəmizdə elmin, təhsilin,
mədəniyyətin inkişafı, sosial problemlərin həlli
naminə gördüyü əvəzsiz işlərlə
yanaşı, gender problemlərinin, qadınlara qarşı
bütün zorakılıqların, ənənəvi Azərbaycan
ailəsinə zidd olan stereotiplərin aradan
qaldırılmasına xüsusi diqqət yetirir.
Qadınlara qarşı şiddət,
psixoloji zorakılıq göstərən və onu cəmiyyətdən
kənarlaşdıran hər bir kəs bilməlidir ki, Azərbaycan
qadını tək deyil, onun hamisi və
yardımçısı, ölkənin birinci xanımı
Mehriban Əliyeva kimi müdafiəçisi var.
Mehriban Əliyeva sözün əsl
mənasında Azərbaycan qadınının ləyaqət
simvoludur və istər humanitar, istər elm və təhsil,
istərsə də digər sahələrdə həyata
keçirdiyi böyük miqyaslı tədbirlər
qadınların cəmiyyətdə rolunun artmasına dəstək
olmaqla yanaşı, həm də başqa ölkələrdə
yaşayan qadınlar üçün əsl örnəkdir.
Onun bu dünyaya, insanlığa
göstərdiyi xidmətlər zamanın fövqündədir...
O qadın müdrikliyinin, fədakarlığının
parlaq nümunəsidir...
Evinin xanımı, həyat
yoldaşının dayağı, övladlarının
anası, dəcəl nəvələrin nənəsi...
Həm də əsgər
anası...
"Həyatda hər bir kəsin
yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs
özünü şəxsi həyatının və
dünyanın qurub-yaradıcısı, yaxud
dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə,
elə də olmalısan - bax, budur bizim həyatımız.
Ona görə də özgələrin rollarını və
obrazlarını gərək öz üzərinə
götürməyəsən. Çünki sən də,
dünyada yerin də yeganə və bənzərsizdir...”
...Mehriban xanım özü mənəvi
obrazını bu bir neçə sətirlik cümlələrlə
mükəmməl şəkildə ifadə edib.
Bu günə qədər ölkəmizdə
və beynəlxalq səviyyədə aldığı orden və
medalları, fəxri adları sadalamaqla bitməz. Amma o,
bütün bu fəaliyyətini xalqı, dövləti və
bəşəri ideyalar üçün edir...
Mehriban xanım Əliyevanın ən
böyük mükafatı isə Azərbaycan xalqının
ona olan tükənməz sevgisi, inamı, etibarıdır...
Milyonlarla könüldə ucalan
xalq məhəbbətidir...
Bayramınız mübarək, əziz
Mehriban xanım...
Günel
HƏMİDLİ,
hüquq
üzrə fəlsəfə doktoru
Azərbaycan.-
2019.- 7 mart.- S.1; 7.