“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 1, maddə
46; 2018, ¹ 7, maddə 1492) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin strukturu”nda,
"Azərbaycan Respublikası
dövlət büdcəsinin
vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
hərbi qulluqçularının
və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
sisteminə işə
götürülən işçilərin
ştat sayının
həddi”ndə və
"Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda
dəyişiklik təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 mart 2019-cu il
Azərbaycan.- 2019.- 7 mart.- S. 3.