Azərbaycan Respublikasının Mənzil Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Mənzil Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 8, maddə 612; 2011, ¹ 12, maddə 1108; 2012, ¹ 6, maddə
501; 2017, ¹ 5, maddə 732, ¹ 7, maddə 1298; Azərbaycan Respublikasının 2018-ci il
1 oktyabr tarixli 1253-VQD nömrəli Qanunu) 18-ci maddəsinin mətnində
"qanunvericilikdə” sözü
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 8 mart.- S.5.