Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 12 (I kitab),
maddə 2328; 2018, ¹ 5, maddə
897, ¹ 8, maddə 1690; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 14 yanvar tarixli 470 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin
6.2-ci bəndində "466 000 000 (dörd yüz altmış altı milyon)” sözləri "566 000 000
(beş yüz altmış altı milyon)” sözləri ilə əvəz edilsin.
2. Bu fərmanın
1-ci hissəsinin icrası
aşağıdakı maliyyə
mənbələri hesabına
təmin edilsin:
2.1. "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.13.1.2.1-ci yarımbəndinə
(Azərbaycan Respublikasında
əhalinin mənzilə
olan tələbatının
ödənilməsi və
vətəndaşların güzəştli
şərtlərlə mənzil
əldə etməsi üzrə tədbirlər)
əsasən dövlət
büdcəsindən Azərbaycan
Respublikasının İpoteka
və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 milyon manatı hesabına;
2.2. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
2018-ci il dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü”nün
1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən
manatla alınan kreditlərə hesablanmış
faizlərə görə
subsidiya verilməsi) əsasən müəyyən
edilən vəsaitin
20 milyon manatı hesabına.
3. Bu fərmanın
2.1-ci bəndinin icrasını
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi,
2.2-ci bəndinin icrasını
isə Azərbaycan Respublikasının İpoteka
və Kredit Zəmanət Fondu bir ay müddətində təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 mart 2019-cu il
Azərbaycan.- 2019.- 8 mart.- S.5.