Məktəbə qəbul prosesində yeniliklər var

 

6 yaşı tamam olan, 8 yaşdan yuxarı, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da elektron qaydada I sinfə qəbul ediləcəklər

 

Artıq 5 ilə yaxındır ki, şagirdlərin məktəbə qəbul prosesi elektron qaydada həyata keçirilir. Və bu proses ilbəil daha da təkmilləşdirilir, yeni hədəflərə çatmaq üçün ardıcıl işlər görülür. Qarşıda qoyulan əsas məqsəd də artıq bütün rayonlarda bu işin elektron qaydada həyata keçirilməsidir.

Bəs bu il bizi hansı yeniliklər gözləyir? Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva bu sualı ətraflı cavablandırıb.

 

Birinci sinfə elektron qəbulun əhatəsi genişləndirilib

 

Onun sözlərinə görə, bu il birinci sinfə elektron qəbulun əhatəsi genişləndirilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, YevlaxSamux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçiriləcək.

Bu işdə qarşıya qoyulan əsas məqsəd vətəndaş əlçatanlığının, məmnunluğunun təmin olunmasıdır.

 

Birinci sinfə qəbul vaxt başlayacaq?

 

İlhamə Abdullayeva qeyd edib ki, birinci sinfə qəbul martın 13-də saat 10:00-da başlayacaq. Bu il həmçinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün martın 11-dən avtomatik elektron sorğu yaradılması təmin ediləcək.

Belə ki, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların şəxsi kabinetləri artıq avtomatik yaradılacaq. Həmin uşaqların valideynlərinə ayın 11-dən etibarən sms şəklində bildiriş gələcək ki, övladı hansı məktəbdə hansı müəllimin sinfində təhsil alacaq. O valideynlər martın 11-12 tarixlərində şəxsi kabinetə daxil olaraq sadəcə ərizəni çap edəcəklər qeyd edilən məktəbə təqdim edəcəklər.

Əgər valideyn edilən seçimlə razı olmazsa, o halda martın 13-dən sistemə daxil olaraq sorğunu silib, qeydiyyatda olduğu ərazi üzrə başqa məktəb, müəllim seçimi edə bilər.

 

Qeydiyyatda olduğu ərazidə yerləşməyən məktəbə gedənlər üçün yenilik

 

Bu il həm Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.

İlhamə Abdullayevanın sözlərinə görə, əvvəlki illərdə valideynlər yaşamadıqları ərazilərdə yerləşən məktəbləri istəyirdilər bunun üçün hətta Təhsil Nazirliyinə bununla bağlı müraciət edib göstərirdilər ki, hansı məktəbdə oxutdurmaq istəyirlər. Bu çətinliyi aradan qaldırmaq üçün "mektebeqebul.edu.az” saytında "gözləmə siyahısıyaradılıb. Valideyn qeydiyyatda olmadığı ərazi üzrə məktəb seçirsə, bu halda üç üstünlük hüququ verilir. Həmin məktəbə yaxın ərazidə yaşamalıdır, uşaqlarından biri o məktəbdə oxumalıdır valideynlərdən biri həmin təhsil müəssisəsində işləməlidir. Bu üstünlüklər yoxdursa, onda həmin valideyn gözləmə siyahısına düşür, həmin məktəbdə yeni yer açılan kimi bu siyahıda adı olan ilk şəxsə bildiriş gedir o uşağın həmin məktəbə qəbulu təmin edilir.

 

Bəzi məktəblərə müsabiqə yolu ilə qəbul keçiriləcək

 

Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey gimnaziyalara birinci sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Təhsil idarəsinin nümayəndəsinin sözlərinə görə, uşaq lisey gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey gimnaziyaya daxil olmuş hesab ediləcək.

İlhamə Abdullayeva deyib ki, lisey gimnaziyalara sənəd qəbulu martın 13-dən başlayacaq elektron qaydada aparılacaq: "Valideynlər elektron ərizələrində yalnız 1 lisey adını qeyd edə bilərlər. Liseyə qəbul olunmayan uşaqların adi ümumtəhsil müəssisəsinə qəbulu üçün yenidən sistemə müraciət edilə bilər”.

 

50 alternativ qeydiyyat mərkəzi yaradılıb

 

Bu təqvim ili ərzində 6 yaşı tamam olan, 8 yaşdan yuxarı, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da elektron qaydada birinci sinfə qəbul ediləcəklər.

İlhamə Abdullayeva deyib ki, 8 yaşdan yuxarı olan uşaqların valideynləri elektron qeydiyyatdan keçdikdən sonra müvafiq rayon təhsil şöbələrinə müraciət edib övladlarını məktəblərə yerləşdirə biləcəklər.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Abşeron, Mingəçevir, Şirvan, Naftalan, Yevlax Samuxda yaşayan məcburi köçkünlərin övladları da elektron sistem vasitəsilə birinci sinfə qəbul oluna biləcəklər.

Bu işdə valideynlər üçün bütün imkanlar yaradılıb. Onlara kömək məqsədilə Bakı üzrə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan. - 2019.- 8 mart.- S.6.