Dövlətin sosial siyasətində qadının, ananın öz yeri var

 

Azərbaycanda əhalinin yarıdan çoxu - 50,1 faizi qadınlardan ibarətdir. Ölkənin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada qadınlar fəal iştirak etməsin. Başqa sözlə, onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faiz təşkil edir.

Qadınların sosial qayğıları, o cümlədən məşğulluq problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda müəllimlərin, həkimlərin, elmi işçilərin sırasında qadınların sayı üstünlük təşkil edir. Onların ən çox çalışdığı sahələrdən biri kənd təsərrüfatıdır. Bu baxımdan son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, o cümlədən unudulmuş ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, keçmiş şöhrətinin qaytarılması böyük əhəmiyyət daşıyır. Belə ki, əvvəlcə pambıqçılığın inkişafına geniş meydan açıldı. Ardınca üzümçülüyün, tütünçülüyün, baramaçılığın, çayçılığın, bağçılıq-meyvəçiliyin və s. dirçəldilməsi gündəmə gətirildi.

Bu, sıradan bir tədbir deyil. Çünki insanları yurd-yuvasına, Azərbaycan kəndlisini torpağına, Azərbaycan ailəsini ev-eşiyinə bağlayır. Təsadüfi deyil ki, son illərdə ölkədə miqrasiyanın saldosu müsbət olaraq qalır. Vaxtilə , dolanışıq axtarışınca yad məmləkətə gedənlər geriyə dönürlər.

Görülən tədbirlər bəhrəsini verir. Bütün bu işlərin çoxsaylı müsbət nəticələrindən biri kənddə yaşayan insanların, o cümlədən qadınların məşğulluq probleminin həlli məsələsidir. Bu gün ailənin başçısı da, xanımı da öz evindədir hər ikisinin yeri var. Başqa sözlə desək, Azərbaycan qadını digər ölkələrə dalınca gedən ərinin vaxt evə pul göndərəcəyini gözləmir, yaxud özü həyat yoldaşı ilə Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkiyəyə getmək məcburiyyətində qalmır.

Bu gün kəndli qızlar şəhərə gəlib özlərinə axtarmaq fikrinə düşmürlər. Torpağa bağlı olan, bağ-bostan becərən kənd qadını dolanmaq üçün çıxış yolunu qutab bişirib satmaqda, xırdavat alveri etməkdə görmür.

Pambıq tarlası, üzüm bağı, tütün plantasiyası yenidən əmək meydanına, çörək təknəsinə çevrilib. Məhz bu səbəbdən dövlət başçısı bölgələrdə olarkən qadınlar onlar üçün belə bir şəraitin yaradıldığına görə məmnunluqlarını bildirir, minnətdarlıqlarını söyləyirlər. Prezident İlham Əliyev Saatlıda pambıqçılıqla bağlı zona müşavirəsi keçirərkən rayonun Qıraqlı kənd sakini, fermer Humay Məmmədova "Pambıqçılığı bizə qaytardığınız üçün çox sevinirikdeyə həmyerlilərinin hamısının fikrini ifadə etmişdir.

Kənd təsərrüfatı sahələrinin dirçəldilməsi sayəsində Zaqatalanın gül becərən qızlarının da əlləri çörəyə çatdı.

"AzRose” MMC-nin işçisi İlhamə Mehdiyeva bildirmişdir ki, burada onlarca əməkçi özünün məşğulluq problemini həll edib. Onların əksəriyyəti Zaqatalanın kəndlərində yaşayan qadınlardır. Hamısı da yaxşı şəraiti ilə, yüksək əməkhaqqı ilə təmin olunub.

Bundan əlavə, rayonda tütün emalı fındıq zavodları fəaliyyətə başlayıb, gül becərilən sahələr salınıb. Burada da rayonun müxtəlif kəndlərindən olan qız-gəlinlər çalışır onların da sosial təminatları yaxşılaşır.

Azərbaycanın cənub zonasında çayçı qızlar sevimli plantasiyalarına qayıdıblar. Astarada "Astaraçay”, Lənkəranda "Yaşıl çay” MMC-lərin zümrüd plantasiyaları yenidən onları öz qoynuna səsləyib. Burada da onlarca qadın qız öz məşğulluq problemini həll edib.

Xalçaçılığın ölkə sənayesində əhəmiyyətli yer alması qadınların işləməsi üçün yeni imkanlar yaradıb. "Azərxalça” ASC-nin istifadəyə verilən filiallarında yüzlərlə qadın işlə təmin olunub. Onlar toxuduqları xalçalarla həm qədim el sənətini yaşadır, həm öz dolanışıqlarını təmin edir, həm Azərbaycan məhsulunun ixrac potensialını artırırlar.

İndiyədək Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran Ağdamda təzə xalça müəssisələri istifadəyə verilib.

Füzuli rayonunun Horadiz şəhərində Ağdam rayonunun Quzanlı qəsəbəsində "Azərxalça”nın müəssisələrinin açılması xüsusi əhəmiyyət daşıyır. Bu müəssisələrin məhsulları sırasında əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa Zəngilan rayonlarının kəndlərində toxunan tarixi orijinal Qarabağ xalça çeşniləri üstünlük təşkil edir. İşçilərin əksəriyyəti məcburi köçkün olan qadınlardır.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: "Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm görmüşəm ki, buna qədər böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur burada təqribən 5 minə yaxın yeri açılacaq”.

Xalçaçılıq inkişaf etdikcə yeni köməkçi müəssisələrin, məsələn, iplik hazır tekstil, yunəyirici-boyaq fabriklərinin, yun boyaq bitkilərinin tədarükü məntəqələrinin fəaliyyətə başlamasına da ehtiyac yaranır. Bu müəssisələrin istifadəyə verilməsi nəticəsində qadınlar üçün çoxsaylı yerləri açılacaq.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası ambulatoriyası qadınların sağlamlığının keşiyində dayanıb.

Bu bir çox digər faktlar təsdiqləyir ki, dövlətin sosial siyasətində qadınların öz yeri var. Dövlət başçısının son aylarda imzaladığı bir sıra sənədlər buna aydın misaldır. Məsələn, Prezidentin 25 fevral 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqındasərəncamında uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırıldığı bildirilir. Sərəncamda çoxuşaqlı analar da unudulmayıb. 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması nəzərdə tutulub.

Qoy hər bir qadına analıq səadəti qismət olsun. Hər bir qızın, qadının üzü gülsün. Evlərdə sağlamlıq, firavanlıq, xoşbəxtlik hökm sürsün. Dövlətimizin məqsədi elə budur!

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 8 mart.- S.7.