Sumqayıtda qadınlar bayramının keçirilməsinin
maraqlı tarixi var
Yaranışının 70 ilini arxada qoyan Sumqayıt bu gün inkişafının yüksək mərhələsini yaşayır. 1949-cu ildə sənaye şəhəri statusunu alan, hazırda bu şərəfli adı layiqincə daşıyan Sumqayıt həyata keçirilən layihələr əsasında Cənubi Qafqazın iri sənaye potensialına malik ikinci şəhəridir.
Bu gün Cənubi Qafqazın nəhəng sənaye mərkəzi olan Sumqayıt İkinci Dünya müharibəsindən sonra yaradıldı. Hələ müharibədən əvvəl yeni şəhərin salınacağı ideyası vardı. Lakin müharibə bu təqvimi bir neçə il gecikdirdi.
Boz çöllərdə, çirkab sularının axıdıldığı ərazidə salınan Sumqayıt sovet dönəminin simvol şəhərlərindən biri idi. Həmin illərdə keçmiş Sovetlər birliyində eyni vaxtda bir neçə şəhərin yaradılmasına qərar verilmişdi. İndiki Sumqayıtın ərazisində yeni şəhərin salınması haqqında qərar qəbul edildikdən sonra buraya hər tərəfdən axın başladı. SSRİ-nin müttəfiq respublikalarından da xeyli adam işləmək üçün Sumqayıta üz tutdu. Hətta həmin dövrdə böyük amnistiya edildi. Həbsdən buraxılanların da bir hissəsi Sumqayıta işləməyə gəldi. Az müddətdə şəhərin müxtəlif istiqamətlərində yeni gələnlərin yaşaması üçün baraklar salınmağa başlandı. İşləməyə gələnlərin içərisində qadınlar da var idi. İndiki şəhərin ondabir hissəsini əhatə edən Sumqayıtda tikinti işləri sürətlə aparılırdı. Zavodlar tikilir, küçələr salınırdı.
Şəhərin elə ərazisi yox idi ki, orada iş getməsin. Sanki insanlar daha yaxşı çalışmaq, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Millətindən, yaşından asılı olmayaraq insanlar Sumqayıta doğma şəhərləri kimi bağlanırdılar.
70 illik ömür yolu keçən Sumqayıtın salınmasında qadınların da əvəzsiz rolu oldu. Sovetlər İttifaqının müxtəlif şəhərlərindən Sumqayıta gələn qızların çoxu burada işləməklə yanaşı, ailə qurur və "sumqayıtlı” statuslu yeni şəhərin sakinlərinə çevrilirdilər. Tikinti işlərinin geniş vüsət aldığı şəhərdə tədbirlərin çoxu "ixtisara” düşmüş, ya da yaddan çıxmışdı. Yalnız yeni ildə iki gün bayrama görə istirahət verirdilər. Həmin günlərdə işçilərin çoxu çalışırdı ki, yaxınlıqda yaşayan qohumlarını ziyarət etsin. Sovetlər birliyinin müxtəlif şəhərlərindən gələnlər isə yataqxanaların qarşısında toplaşır, mahnı oxuyub, rəqs edirdilər.
Sumqayıtda 8 mart Beynəlxalq Qadınlar Gününün
keçirilməsinin qəribə tarixi var. Sovetlər birliyində həmin bayram 1965-ci ildən qeyd edilirdi. Hamının başı tikintiyə
qarışdığından bayramlar unudulmuşdu. Burada rus, latış və başqa dildə danışan insanlara rast gəlinirdi. Yaşayış şəraitinn çətinliyi
hamını işlə
məşğul olmağa
vadar edirdi.
1966-cı il martın 1-də şəhər partiya komitəsi tikinti təşkilatlarına göstəriş
verdi ki, işdə fəallıq göstərən qızların
adlarını yazıb
rəhbərliyə bildirsinlər.
Səhərisi gün həmin
qadınlarla söhbətlər
aparılır və məlum olur ki, onların çoxu bu bayramla bağlı məlumatsızdır.
Bundan sonra 8 mart bayramının
keçirilməsini təmin
etmək üçün
təşkilat komitəsi
yaradılır. Komitənin üzvləri, əsasən,
rus və digər miillətlərdən
təşkil edilir.
Onların arasında bir
nəfər azərbaycanlı
Gülbahar Vəliyeva
da vardı. Martın 7-də
22 nəfər qadının
adı təsdiqlənərək
partiya komitəsinə
göndərilir.
1966-cı il martın 7-dən bütün yataqxanalarda istirahət guşələri
bəzədilməyə başlanır.
Trestin rəhbəri Zülfi Hacıyev təşkilat komitəsini bayramın keçirilməsi üçün
lazım olan hər şeylə təmin edir və ilk dəfə həmin gün istirahət günü kimi əmrləşdirilir.
Yerli
radio ilə bu xəbər bütün yataqxanalara çatdırılır.
Səhər şəhər rəhbərliyinin
yerləşdiyi binada
keçirilən iclasda
dünyada qeyd edilən bu bayramın əhəmiyyətindən
danışılır. 8 mart bayramının Sumqayıtda
keçirilən ilk tədbirində
birinci fəxri fərman isə Gülbahara verilir.
Həmin gün şəhərin hər yerində bayram əhvali-ruhiyyəsi
yaşanır. Tikilməkdə olan zavodlarda,
yeni salınan qəsəbələrdə xüsusi
səhnələr quraşdırılır.
Musiqi sədaları bütün
şəhəri bürüyür.
Onu da bildirək ki, musiqiçilərin də, ifaçıların
da çoxu həvəskarlar olur.
Şəhərdə ilk dəfə qeyd edilən 8 mart - Beynəlxalq
Qadınlar Günü
şahidlərinin yaddaşında
xatirəyə çevrilir.
53 il
öncə keçirilən
bu bayram keçmiş SSRİ-də
qeyd edilən birinci bayramlardandır. Çünki digər respublikaların
bir çoxunda 8 mart qadınlar bayramı ötən əsrin 70-ci illərindən qeyd edilməyə başlanır.
Sumqayıtda isə 53
il əvvəl
bu bayram keçirilməyə başlanıldı.
Bütün bunlar qurub-yaradan
zəhmətkeş insanların
duyğularının bir
parçası idi.
Qadınlara aid edilən bu
gün onların yaddaşında əbədi
iz saldı.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.- 8 mart.- S. 7.