Azərbaycan qadınları statistikada
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizi və ya 4 milyon 999,1 min nəfəri qadınlardan ibarət olmuşdur. Ötən il doğulmuş 139,0 min körpənin 46,6 faizini qız uşaqları təşkil etmişdir. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.
Qadınların elmin inkişafında da
müstəsna rolu var.
Elmi işçilərin
58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi
olan qadınların sayı 1,3 dəfə
artmışdır. Azərbaycan Milli
Elmlər Akademiyasının
həqiqi üzvlərindən
9-u, müxbir üzvlərindən
isə 12-si qadındır.
Dövlət qulluğunda
çalışanlar arasında
qadınların xüsusi
çəkisi, ilkin məlumatlara əsasən,
28,6, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və
idmanla məşğul
olanların 42 faizi qadınlardır.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər
1990-cı ildə bütün
deputatların 4,3,
2000-ci ildə 10,7 faizini
qadınlar təşkil
edirdisə, bu gün qadın deputatların xüsusi çəkisi 16,8 faizə
çatmışdır.
İlk bələdiyyə seçkilərinə
nisbətən son bələdiyyə
seçkilərində bələdiyyə
üzvü seçilmiş
qadınların sayı
6 dəfə artaraq
5236 nəfərə çatmışdır. Beləliklə, bələdiyyə üzvləri
arasında onların xüsusi çəkisi 35
faiz olmuşdur. Xatırladaq ki, bu göstərici
ilk bələdiyyə seçkilərində
4 faiz təşkil etmişdi.
Diqqəti cəlb
edən faktlardan biri də nəqliyyat
vasitələrinin idarə
olunması üçün
sürücülük vəsiqəsi
alan qadınların
sayının ildən-ilə
artmasıdır. Belə
ki, sürücülük
vəsiqəsi alanların
ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə
4,6 faiz olduğu
halda, 2018-ci ildə
7,4 faizə çatmışdır.
Beləliklə, Azərbaycan qadınları
ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Azərbaycan.- 2019.- 8 mart.- S. 7.