Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə təşkilat arasında bu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm UNESCO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər göstərilib.

 

Azərbaycan. - 2019.-29 mart.- S.4.