İlham Əliyev bir aya
Saray nənəyə möhtəşəm
ev tikdirdi
Fevralın 5-6-da Şimal bölgəsində baş verən təbii fəlakət Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəsadlar yaratdı. Zəlzələ nəticəsində xeyli evlər qəzalı duruma düşdü. Bir gün sonra Prezident İlham Əliyev dərhal zəlzələ bölgəsinə səfər edərək insanlara böyük dəstək oldu.
Prezident İlham Əliyevin bu səfərinin ən mühüm məqamı yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu, ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin real təcəssümü idi. Prezidentin Saray nənənin zəlzələ nəticəsində dağılmış evinə baş çəkməsi, ağbirçək ananın əlindən, gözündən öpüb ona ürək-dirək verməsi ananın ürəyini dağa döndərdi. Dövlət başçısı dağılmış evin yerində daha möhtəşəm mənzilin tikiləcəyi ilə bağlı Saray nənəyə söz verdi.
"Elə bil ki,
gəlişinizlə məni götürüb
dağın başına qoymusunuz”
Cəmi bir aydan sonra, martın 7-də isə İlham Əliyev verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün yenə zəlzələ bölgəsinə üz tutdu. Bu dəfə isə Prezident Şamaxıya tək getməmişdi. Saray nənənin istəyini yerinə yetirərək xanımı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə səfər etmişdi.
Bir ay müddətində biz də jurnalist marağı ilə 2 dəfə zəlzələ bölgəsinə baş çəkib həm Prezidentin tapşırığının icrasının necə yerinə yetirilməsi, həm də müvəqqəti sığınacaqlarda yerləşdirilən sakinlərin durumu ilə maraqlanıb reportajlar hazırlamışdıq.
Səfər çərçivəsində Saray nənə ilə də görüşüb Prezidentlə söhbətinin təəssüratlarını dinləyərkən hətta ağbirçək ana qəzetimiz vasitəsi ilə dövlət başçısına ismarıc da göndərmişdi: "İlham, oğlum, Sən mənə ancaq yeni ev vermirsən, arxa-dayaq olmaqla ömrümə ömür qatırsan...”.
Və cəmi 1 ay keçdi, İlham Əliyev 1964-cü ildə tikilən köhnə evin yerində Həsənovlar ailəsinə 9 bal gücündə zəlzələyə davamlı və əvvəlkindən daha möhtəşəm 4 otaqlı ev tikdirdi. Saray nənə martın 7-də yeni evinə qovuşdu...
Yeni evində çox xoşbəxt görünən ağbirçək ana dövlət başçısına və xanımına min alqış elədi.
Saray nənə: "Gələn ayaqlarınız var olsun. Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz...Allah haqqı, mən bilirdim ki,
İlham
gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür
şərait yaratdı da. Bir ana kimi mənim
hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına
bu canım qurban”.
Prezident: "Bir ay keçdi, yenə görüşürük. Bir ay keçdi
gəldim. Bir aydan sonra artıq
sizin üçün
gözəl ev
hazırdır”.
Saray nənə: "Sağ
olun, elədir. Hər cür şərait yaratmısan. Çox
sağ ol,
çox var ol. Allah-taala
ömrünüzü uzun
etsin. Yoldaşınla qarıyasan, nəvəli-nəticəli
olasan”.
Saray nənə: "Siz
də balamsınız,
özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı çox uca etmisən”.
Prezident: "Siz buna layiqsiniz. Bütün Azərbaycan sizi tanıyır, bütün
Azərbaycan sizi sevir”.
"Həmişə çalışmışam
ki, Azərbaycan xalqına ləyaqətlə
xidmət edim”
Prezidentin bir aydan sonra
yenidən zəlzələ
bölgəsinə səfəri
sakinlərin qəlbində
iftixar hissi yaratdı. İnsanlar bir daha əmin oldular ki, onlar tək
deyillər. Arxalarında güclü dövlət və onun qətiyyətli
rəhbəri var.
Əvvəlcə martın
6-da Ağsuya səfər
edən Prezident zəlzələnin fəsadlarının
aradan qaldırılması
istiqamətində görülən
işlərlə tanış oldu. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
dövlət başçısına
zəlzələ zonasında
görülən işlər
barədə məlumat
verərək bildirdi ki, artıq Şamaxıda 22, İsmayıllıda
10, Ağsuda isə 6 fərdi evin tikintisinə başlanılıb.
Tikilən yeni evlər əvvəlki evlərdən daha böyükdür və 9
bal gücündə zəlzələyə hesablanıb.
Tikinti-bərpa işlərinin sürətlə
və keyfiyyətlə
davam etdirilməsi ilə bağlı tapşırıqlarını verən
Prezident sakinlərlə
görüşüb söhbətləşdi. Vətəndaşları
səbirlə dinləyən,
məktublarını qəbul
edən İlham Əliyev Ağsuya səfərinin məqsədini
açıqladı:
"Gəlmişəm
ki, problemləri həll edim. Mənə verilən
məktubların hər
birinə baxılacaq,
narahat olmayın, zəlzələdən uçan
bütün evlər yenidən tikiləcək.
Mənim
işim sizə xidmət etməkdir.
Prezident kimi həmişə çalışmışam ki,
Azərbaycan xalqına
ləyaqətlə xidmət
edim. Vətəndaşları narahat edən
problemlərin həlli
üçün bütün
lazımi addımlar atılacaq”.
Bütün bunlar Prezidentin verdiyi sözə necə əməl etməsinin real göstəricisidir. Bütün bunlar
vətəndaşlarda əminlik
yaradır ki, İlham Əliyev heç vaxt xalqı darda qoymaz və dövlət həmişə
vətəndaşının yanındadır.
Onu da əlavə edək ki, dövlət
başçısı Şamaxıda
zəlzələdən zərər
çəkmiş ailələr
üçün tikiləcək
yeni yaşayış
binasının təməlini
də qoydu. 20 Yanvar
küçəsində tikilən
44 mənzildən ibarət
dördmərtəbəli bina
bütün zəruri
infrastrukturla təchiz
ediləcək, burada
4 birotaqlı, 32 ikiotaqlı
və 8 üçotaqlı
mənzil olacaq.
"Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir”
"Xalqa
xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün
bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə
xidmətimi göstərim”.
Ölkə ictimaiyyətinin nümayəndələri
ilə keçirdiyi görüşlərdə bu
fikirləri səsləndirən
döylət başçısı
əməli ilə bir daha təsdiq
edir ki, fəaliyyətinin əsas
qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Hər zaman
atdığı addımlarda
xalqın maraqlarını
üstün tutan, hər bir vətəndaşın
Prezidenti olduğunu əməldə sübut edən dövlət başçısının sosial
siyasəti ən müxtəlif sahələri
əhatə edir və geniş spektrlidir.
Prezidentin söylədiyi kimi, Azərbaycan dövləti
öz sosial siyasətini aparmaqda israrlıdır. Bu gerçəklikləri,
baş verən yenilikləri həyatında
hiss edən hər bir ölkə vətəndaşı dövlətinə
və onun rəhbərinə güvənir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 10 mart.- S.1-2.