Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva Fransanın iqtisadiyyat və
maliyyə naziri Brüno
Lömer ilə görüşüb
Martın 12-də Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirdi. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer dedi ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. "Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etdi. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirdi və bunun üçün yaxşı zəmin olduğunu vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Bildirdi ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd etdi. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Fransalı nazir
Hökumətlərarası İqtisadi
Komissiyanın cari ildə iclasının
keçirilməsi təklifini yüksək qiymətləndirərək,
may ayında Avropada
seçkilərdən sonra ölkəmizə
səfərə gəlməyə imkanı
olacağını dedi. Bildirdi
ki, Fransa ilə əlaqələr
həm də ölkəmizin Avropa
İttifaqı ilə yaxınlaşmasına böyük
töhfə verə və Azərbaycanın Avropa
İttifaqına inteqrasiyası üçün
pəncərə rolunu oynaya
bilər.
Azərbaycan.- 2019.- 13 mart.- S.2.