Azərbaycan Prezidenti
İlham Əliyev Vyanada
Avstriyanın Federal Kansleri
Sebastian Kurts ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Federal Kansler Sebastian
Kurts Prezident İlham Əliyevi qarşıladı.
Prezident İlham Əliyev və Federal Kansler Sebastian
Kurts birgə foto çəkdirdilər.
Sonra Prezident
İlham Əliyevin
Federal Kansler Sebastian Kurts
ilə təkbətək
görüşü oldu.
Prezident İlham Əliyev Avstriyada olmasından məmnunluğunu vurğulayaraq
səfərin təşkilinə
və dəvətə
görə Federal Kansler
Sebastian Kurtsa təşəkkürünü
bildirdi və onu ölkəmizə səfərə dəvət
etdi.
Ermənistanın baş naziri ilə Vyanada keçirdiyi görüş
barədə Federal Kanslerə
məlumat verən dövlətimizin başçısı
bu görüşün
təşkilinə görə
də Avstriya tərəfinə minnətdarlığını
ifadə etdi, Avstriyanın bu qəbildən olan görüşlərin təşkilində
və keçirilməsində
böyük təcrübəyə
malik olduğunu söylədi. Azərbaycan ilə Avstriyanın
yüksək səviyyəli
siyasi əlaqələrinin
mövcudluğunu diqqətə
çatdıran Prezident
İlham Əliyev ölkələrimiz arasında
iqtisadi-ticarət, informasiya
texnologiyaları, kənd
təsərrüfatı, nəqliyyat
və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün
böyük potensialın
olduğunu vurğuladı.
Söhbət zamanı Avstriya şirkətlərinin ölkəmizdə
uğurla fəaliyyət
göstərdiyi qeyd edildi. Həmçinin Azərbaycanda regionların
iqtisadi inkişafı
üzrə beşillik
müddəti əhatə
edən proqramın qəbul olunduğu bildirildi, bu proqram əsasında Avstriya şirkətlərinin
də Azərbaycan ilə əməkdaşlıq
imkanlarına toxunuldu.
Görüşdə, eyni zamanda, Azərbaycan-Avropa
İttifaqı əlaqələrindən
bəhs edildi, Avstriyanın bu münasibətlərin inkişafını
dəstəklədiyi ifadə
olundu. Məhz Avstriyanın sədrliyi
dövründə Azərbaycan
ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri
sənədinin imzalandığı
qeyd edildi. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın
vacibliyi vurğulanaraq
Avstriya şirkətlərinin
Azərbaycanın regionda
yaratdığı nəqliyyat
infrastrukturundan faydalana
biləcəyi bildirildi.
Azərbaycan Prezidentinin dəvətini məmnunluqla qəbul edən Federal Kansler
Sebastian Kurts Avstriyanın
ölkəmizlə əməkdaşlığa
böyük əhəmiyyət
verdiyini vurğuladı.
Sonra görüş
nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
davam etdirildi.
Azərbaycan.-2019.-
30 mart.- S.1.