Vyanada Azərbaycanın
və Ermənistanın xarici işlər
nazirlərinin görüşü olub
Martın 28-də Vyanada Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, görüş zamanı nazirlər
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həllinin irəli aparılmasının müxtəlif
elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham
Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan
arasında bu gün keçiriləcək görüşdə
toxunula biləcək məsələləri müzakirə
ediblər.
Azərbaycan.-2019.- 30 mart.- S.2.