Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar

 

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada ilk dəfə görüşdükləri bildirilir. Qeyd olunur ki, görüşdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikiştirak ediblər.

Bəyanatda vurğulanır ki, görüş müsbət və konstruktiv şəraitdə keçdi, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yarandı. Prezidentbaş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi apardılar. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğuladılar.

Həmsədrlərin bəyanatında bildirilir ki, Prezidentbaş nazir Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq etdilər. Onlar öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək barədə təlimat verdilər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəldilər.

 

Azərbaycan.-2019.- 30 mart.- S.2.