Çin ilə
Azərbaycan arasında dostluq münasibətləri
mövcuddur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər
üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq
Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi
Vu Haylonqu qəbul edib.
AZƏRTAC xəbər verir ki,
görüşdə Bakıda keçiriləcək VII Qlobal
Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq
əməkdaşlığın gücləndirilməsi
işinə töhfə verdiyi vurğulandı.
Qəbula görə minnətdarlığını
bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu
tədbirdə iştirakından məmnunluğunu ifadə
etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin
mövcud olduğunu qeyd etdi.
Dövlətimizin
başçısı Azərbaycan-Çin əlaqələrinin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
dedi və əməkdaşlığımızın yeni mərhələyə
qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini
xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq
Respublikasının Sədri ilə keçirdiyi
görüşlər zamanı iqtisadiyyat, ticarət,
infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin
inkişaf perspektivləri barədə səmərəli
müzakirələrin aparıldığını qeyd etdi.
Azərbaycan.-
2019.- 14 mart.- S.2.