Miryana Eqqer:
"BMT Azərbaycanla əməkdaşlığın
inkişafına xüsusi
önəm verir"
Azərbaycan Respublikası
Baş nazirinin müavini Əli Əhmədov martın
13-də BMT İnkişaf Proqramının
rəhbərinin müavini,
Avropa və MDB üzrə Regional Bürosunun
direktoru xanım Miryana Eqqer ilə
görüşüb.
Baş nazirin müavini Azərbaycanın indiyədək
BMT-nin İnkişaf Proqramı ilə birgə onlarla layihə həyata keçirdiyini söyləyib. Hazırda ölkəmizdə
BMT-nin İnkişaf Proqramının səhiyyə,
əmək və əhalinin sosial müdafiəsi sahələrini
əhatə edən layihələri reallaşır.
Bu layihələrin həyata keçirilməsi
Azərbaycanda uğurla
reallaşan bir çox islahatların nəticələrinin müsbət
olmasına öz təsirini göstərir.
BMT İnkişaf
Proqramının rəhbərinin
müavini, Avropa və MDB üzrə
Regional Bürosunun direktoru
Miryana Eqqer BMT-nin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyib. Miryana Eqqer Azərbaycana
ilk səfəri çərçivəsində
tərəflər arasında
strateji əməkdaşlığın
daha da dərinləşdirilməsi
istiqamətində fikir
mübadilələri aparmaqda
maraqlı olduğunu qeyd edib.
Azərbaycan.- 2019.-14 mart.- S.2.