“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 10-cu bəndlərini
rəhbər tutaraq qərara alır:
"15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
83, ¹ 11, maddə 1364; 2015, ¹ 6, maddə 682; 2018, ¹ 10, maddə
1986) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 1.2-1-ci maddə
əlavə edilsin:
"1.2-1. Doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.”.
2. 3.2-ci maddəyə "nümayəndəsi” sözündən sonra "və ya bu qanunun 1.2-1-ci maddəsində nəzərdə tutulmuş halda onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri əlavə edilsin.
3. 7-ci maddəyə "nümayəndəsindən” sözündən sonra "və ya onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2019-cu il
Azərbaycan.- 2019.- 14 mart.- S.2.