“Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların statusu və sosial
müdafiəsi haqqında”, “Dövlət sosial
sığorta sistemində fərdi uçot
haqqında” və “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş
şəxslərin sosial adaptasiyası
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə
685; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 6, maddə 451; 1999, ¹ 5, maddə 293; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 7, maddə 507; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə
561, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602) 6-cı maddəsinə
aşağıdakı məzmunda
2-ci hissə əlavə
edilsin:
"Bu qanunun
12-ci maddəsinin 7-ci hissəsində
və 14-cü maddəsinin
2-ci hissəsində nəzərdə
tutulmuş müavinətlərin
təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 2. "Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
738; 2005, ¹ 6, maddə 466; 2007, ¹ 5, maddə 401, ¹ 11, maddə
1071; 2008, ¹ 2, maddə 49; 2018, ¹ 5, maddə 866) 4-cü maddəsinin
mətni aşağıdakı
redaksiyada verilsin:
"4.1. Dövlət
sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində
idarəetməni həyata
keçirən müvafiq
icra hakimiyyəti orqanı aparır.
4.2. Dövlət
sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 3. "Penitensiar
müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 7, maddə
710; 2011, ¹ 12, maddə 1088; 2018, ¹ 7 (I kitab), maddə
1382) aşağıdakı məzmunda 6.3-cü maddə
əlavə edilsin:
"6.3. Bu qanunun
6.1.7-ci maddəsində nəzərdə
tutulan birdəfəlik
pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 fevral
2019-cu il
Azərbaycan.- 2019.- 14 mart.- S.3.