“İşsizlikdən sığorta haqqında”,
“Əlilliyi olan şəxslərin
hüquqları haqqında” və “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 8, maddə
1514; Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda
13.1-1-ci maddə əlavə
edilsin:
"13.1-1. Sığorta
ödənişinin təyin
edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 2. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab),
maddə 1386) aşağıdakı
məzmunda 32-1-ci maddə
əlavə edilsin:
"Maddə
32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin
elektron qaydada həyata keçirilməsi
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron
xidmətlər müvafiq
icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 3. "Məşğulluq
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 8.0.16-cı maddə
əlavə edilsin:
"8.0.16. məşğulluq sahəsində
elektron xidmətlərin
müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 14 mart.- S.3.