“Sosial sığorta haqqında”,
“Ünvanlı dövlət sosial
yardımı haqqında”, “Sosial müavinətlər
haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Sosial
sığorta haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə
576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə
505, ¹ 12, maddə 976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə
1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə 1018; 2007, ¹ 1, maddə
4, ¹ 12, maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə
254, ¹ 6, maddə 462, ¹ 7, maddə
602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə
949; 2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə
1487; 2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə
971; 2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279; 2018, ¹ 3, maddələr
369, 396, ¹ 5, maddələr 870, 894; Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli
Qanunu) 18-ci maddəsində
on birinci abzas on ikinci abzas hesab
edilsin və aşağıdakı məzmunda
on birinci abzas əlavə edilsin:
"sosial
sığorta sahəsində
elektron xidmətləri
(məcburi sosial sığorta haqlarının
hesablanması və ödənilməsi istisna
olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə həyata keçirir;”.
Maddə 2. "Ünvanlı
dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə
1005; 2008, ¹ 6, maddə 474, ¹ 7, maddə 602; 2015, ¹ 3, maddə
257; 2018, ¹ 5, maddə 871) aşağıdakı
məzmunda 6.3-cü maddə
əlavə edilsin:
"6.3. Sosial
yardımın alınması
ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 3. "Sosial
müavinətlər haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 2, maddə
76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə
19, ¹ 6, maddə 618, ¹ 11, maddələr
1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə
869) aşağıdakı məzmunda 10.1-1-ci maddə
əlavə edilsin:
"Müavinətlərin
təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 4. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə
254, ¹ 6, maddə 464, ¹ 7, maddə
602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr
877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə
465, ¹ 7, maddə 597, ¹ 12, maddə
1109; 2012, ¹ 11, maddələr 1037, 1044;
2013, ¹ 3, maddə 223, ¹ 5, maddə
485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə
676, ¹ 7, maddə 1289, ¹ 10, maddə
1776, ¹ 12 (I kitab), maddə
2193; 2018, ¹ 5, maddə 865; Azərbaycan
Respublikasının 2018-ci il
30 noyabr tarixli 1362-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda
30.1-1-ci və 31.1-1-ci maddələr
əlavə edilsin:
"30.1-1. Əmək
pensiyalarının təyin
edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
31.1-1. Bu qanunun
31.1-ci maddəsinin ikinci
cümləsinə uyğun
olaraq əmək pensiyalarının avtomatlaşdırılmış
qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 14 mart.- S.3.